Fransanın Gürcüstan vasitəsilə Ermənistana silah göndərməsi Parisin regionda sülh və təhlükəsizliklə əlaqədar olan yanaşmasındakı qeyri-səmimi tonu aşkar şəkildə göstərir.

Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, onda sual olunur, nə baş verdi ki, rəsmi Tbilisi ölkə ərazisindən Ermənistana Fransa silahlarının daşınmasına razılıq verdi?

Gürcüstanın belə bir siyasət izləməsi yaxın tarixdə baş verən bir prosesə bağlı kimi görünür.

Belə ki, 2023-cü ilin sentyabr ayında Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətdən icazəsiz Avropa turnesinə çıxmışdı və o, səfər proqramında Fransa Prezidenti Emmanuel Makronla da görüşdü.

Düzdür, Gürcüstanda əsas səlahiyyətlər hökumətdədir, orada tez-tez hakimiyyətlə prezidentlik institutu arasında çəkişmələr olur. Ancaq yenə də sual yaranır ki, ölkənin idarəetməsi hökumətdə olduğu halda, o, niyə Ermənistana silah daşınmasına yaşıl işıq yandırıb? Görəsən, Zurabişvilinin faktiki səlahiyyət imkanı genişdirmi ki, o, Fransa ilə sövdələşməyə girsin?

Bilmirik, amma başqa səmtdə analitik görüntünü belə təsvir edə bilərik ki, Gürcüstanda hökumətlə prezidentlik təsisatının çəkişməsi regionda Fransanın bərkiməsinə şərait yaradır və Paris Cənubi Qafqazda rəsmi Tbilisinin siyasət xəttini dəyişdirməyə cəhdi özünə borc bilir.

Güman var ki, Fransa Gürcüstana Avropa İttifaqına üzvlük üçün yaxşıca vəd verib və əvəzində silah trafikini canlandırmaq tələbini səsləndirib. Hərçənd ki, Gürcüstanın siyasi elitasında Avropa İttifaqı ilə əlaqədar mövqelər təhlükəsizlik dilemmaları səbəbilə haçalanır - Rusiya amilinə görə.

Bir daha Fransaya qayıdaq, Parisin üzünə regionun təhlükəsizlik bünövrəsinə təhdid ola biləcək kanallardan biri bağlanıb - Azərbaycanın Qarabağda separatizmi məhv etməsi bunun bariz nümunəsi kimi səslənməlidir.

Ancaq qlobal düzəni qurcalayan Fransanın Cənubi Qafqazda başqa açıq qalan qapıları aralamaq cəhdləri Parisin Ermənistanı yeni qisasa hazırlamaq planının indikatorudur.

Amma diqqətə alınmalıdır ki, Paris regionda münaqişələri qızışdırıb onu idarə etmək kanallarını axtarsa da, onun Ermənistana göndərdiyi silahlar qüvvələr balansını dəyişə biləcək bir səviyyədə deyil.

Bunu Fransa da başa düşməmiş olmaz, amma onun üçün regionda başağrısı mənbələrini artırmaq prioritetdir, yəni problem olsun və onun qar topası kimi böyüməsi üçün stimullar hazırlansın.

Buna görə də Fransa Ermənistanı özünün regional siyasətinə bir piyada kimi inteqrasiya etmək imkanlarını arayır və Gürcüstana vasitə kimi baxır.

Geniş bir tabloda isə Fransa daha böyük şanslar axtarışındadır, onun Hindistan və İranla gələcək sövdələşmələrə gedib regionda gizli üçlü format yarada biləcəyi barədə fikirlərə qapılmağa əsaslar var.

Burada Ermənistanın müvazinətini itirib tamamilə yıxılmağa doğru getdiyi mənzərəsini canlandıranda Fransanın İrəvanı dirçəltmək cəhdlərinin yekunu maraq doğurur.

Bir hissəni yuxarıda qeyd etmişik, ardını belə gətirə bilərik ki, Ermənistanın silahlanma həddi Azərbaycanın səbir çərçivələrini keçsə, Bakı özünün strateji müdafiəsi üçün alternativ əməliyyatları İrəvanın sinirinə toxunduracaq.

İkincisi, Azərbaycan və Türkiyə Gürcüstanla danışıqlar aparıb onun Fransaya açdığı qapıları bağlamağa nail ola bilərlər ki, bu da Ermənistanın silahlanma taleyinə blok qoyar.

Son xəbərlər

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Bütün xəbərlər