Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Əl Səudu təbrik edib.
İnterxəbər təbrikin mətnini təqdim edir:
“Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.
Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.
Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Müsahibə
İlham Əliyev Səudiyyə kralını təbrik etdi
Müsahibə
Fidan Məkkə İttifaqından danışdı: Qapılar açıqdır..
Hadisə
Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır
Müsahibə
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
Son xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO
Siyasət
İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir
Siyasət
Rusiyalı deputat nüvə silahı ilə hədələdi
İqtisadiyyat
Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
Siyasət
Szinpin bu türk ölkəsinə səfər etdi
Son xəbərlər
ABŞ səfiri belçikalı naziri təhqir etdiyi üçün XİN-ə çağırıldı
Texnologiya
Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını şərh etdi
Siyasət
Rusiya bu ölkəni də hədələdi: Cavab zərbəsi olacaq!
Siyasət
Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya
İqtisadiyyat
Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr
İdman
Prezidentdən "Sabah"la bağlı sərəncam
Son xəbərlər