Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukraynanın Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata dair sübutları dərhal təqdim etməyə çağırıb.
Bu barədə DTX-dən bildirilib.
Qeyd olunub ki, Ukrayna hərbi kəşfiyyatının məlumatlarına əsasən, Gürcüstanın xüsusi xidmət orqanlarının ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə malların keçirilməsini təşkil etmək üçün Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələri var.
“Bu hərəkət Gürcüstan qanunlarına görə xüsusilə ağır cinayətdir. Biz Ukrayna tərəfini qanuni tədbirlər üçün bizə bu məlumatın sübutlarını təqdim etməyə çağırırıq. Gürcüstan hökuməti bu cür cinayətlə bağlı istənilən mümkün halda heç bir güzəştə yol verməyəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya sanskiyaya məruz qalan məhsulların qaçaqmalçılığı üçün Gürcüstan ərazisi vasitəsilə kanallar yaradır. Gürcüstanın xüsusi xidmət orqanlarına qaçaqmalçılara mane olmamaqla bağlı tapşırığın verildiyi vurğulanıb.
Siyasət
Gürcüstan DTX Ukraynadan sübutlar tələb edir
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat