“Münaqişənin həlli ilə bağlı atılan addımlar heç bir nəticə vermir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Interxəbər AzərTAc-a istinadla xəbər verir ki, regiondakı prosesləri yaxından izlədiklərini bildirən Herbert Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını ifadə edərək münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu dedi. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğuladı.

Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və bununla bağlı aparılan danışıqlar prosesində ən maraqlı tərəf olduğunu deyən dövlətimizin başçısı Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövlətimizin başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd etdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Son xəbərlər

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Zelenski Kurska buna görə hücum əmri verib - səhv edib...

Fransa şərab oğurluğunda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edib

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə taktiki-xüsusi təliminə start verildi

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Türkiyənin daha bir şəhərində Merih Demiralın heykəli ucaldılacaq

Azərbaycan Paris olimpiadasını yeddi medalla başa vurub

Bütün xəbərlər