Siyasət
17.12.2022, 14:32
Ermənistan hərbi kəşfiyyatının sabiq rəhbəri həbs edilib
Ermənistanda ikinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.
Bu barədə “Sputnik” Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verib.
Nəşrin məlumatına görə, hərbi kəşfiyyatın keçmiş rəhbəri dekabrın 15-də həbs edilib. O da vurğulanır ki, cinayət işi ilə bağlı dekabrın 14-də xəbər verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay