Kanada Silahlı Qüvvələri Ukraynaya öldürücü olmayan silahlarla təchiz edilmiş nəqliyyat təyyarəsi göndərib.

“Report” xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Dünən gecə (fevralın 3-dən 4-nə keçən gecə) Kanada Hərbi Hava Qüvvələrinə məxsus C-177 Globemaster təyyarəsi (hərbi nəqliyyat) Trenton aviabazasından (Ukrayna üçün) qeyri-öldürücü silah yükü ilə havaya qalxdı”, - nazirlik bildirib.

Qeyd olunur ki, bu, Kanadanın Ukraynaya dəstəyi ilə bağlıdır.