Azərbaycanda sosial sahədə aparılan islahatlarda BMT qurumları ilə formalaşan əməkdaşlıq gündəliyi son illərdə yeni birgə layihələrlə xeyli genişlənib və fəal əməkdaşlıq təcrübəsi qarşıdakı dövrdə də davam edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi kimi ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran Qulam İsakzai ilə vida görüşündə vurğulayıb.

Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir ötən dövrdə Nazirliyin BMT-nin müxtəlif təşkilatları ilə əməkdaşlığından bəhs edib. S.Babayev BMT İnkişaf Proqramı (BMT İP) ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrinin gənclərin əmək bazarına və həssas qrupların kiçik biznesə çıxışına mühüm dəstək olduğunu deyib. Hazırda əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin olunmasına dəstək üçün BMT İP ilə əməkdaşlıqda daha bir layihənin davam etdiyini bildirib.

S.Babayev həmçinin BMT Əhali Fondu ilə birgə icra olunan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də çox önəmli bir layihə olduğunu vurğulayıb. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönəlmiş fəaliyyətdə BMT Əhali Fondu ilə əməkdaşlığın müsbət nəticələrini diqqətə çatdırıb.

Nazir uğurlu əməkdaşlıq təcrübəsinə nail olunmasında Q.İsakzainin səmərəli fəaliyyətini, ikitərəfli əlaqələrin inkişafı üçün göstərdiyi səyləri vurğulayıb. Buna görə Q.İsakzaiyə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Q.İsakzai xoş sözlərə görə minnətdarlıq ifadə edib. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkəmizlə, xalqımızla bağlı xoş təəssüratlara malik olduğunu diqqətə çatdırıb. Xüsusilə də ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin onun üçün yaddaqalan əlamətdar hadisə olduğunu vurğulayıb. Q.İsakzai sosial sahədə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrin daim genişlənəcəyinə əminliyini bildirib.

Son xəbərlər

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Bütün xəbərlər