Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, kənd təsərrüfatı, tekstil, bank, qida, loqistika və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndələri iştirak edib.
İclasda çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir və Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir.
Azərbaycanın Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Elnur Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu qeyd edib.
Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. Dmitri Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək, onları fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas strateji və iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin, işgüzar dairələr və dövlət qurumları arasında dialoqun genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyəti barədə məlumat verib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxış edib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.![]()
İqtisadiyyat
Moskvada Rusiya-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib - FOTO
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya