Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Pakistan Ticarətin İnkişafı Qurumunun (TDAP) təşkilatçılığı ilə videokonfrans formatında Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, əczaçılıq, tekstil, sənaye, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 90-dan çox nümayəndəsi iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan və Pakistan arasındakı sıx dostluq münasibətlərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında həm iqtisadi, həm də digər sahələrdə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdıran Rövşən Nəcəf işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından keçirilmiş tədbirlər yeni əməkdaşlıq imkanlarının yaranmasına, regionlararası tərəfdaşlıq sahəsində münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir.
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı imkanlarından bəhs edən nazir müavini Pakistan iş adamlarını Azərbaycanda yaradılmış biznes mühitindən yararlanmağa, qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiya yatırmağa dəvət edib.
Pakistan İslam Respublikasının federal ticarət naziri Məhəmməd Saleh Əhməd Faruki çıxış edərək Pakistan-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiya əməkdaşlığının önəmini vurğulayıb, postpandemiya dövrü üçün nəzərdə tutulan layihələr, tədbirlər barədə məlumat verib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin iki ölkənin biznes dairələri arasında əməkdaşlığln genişləndirilməsindəki əhəmiyyətli rol oynayacağını qeyd edib.
Pakistanın Azərbaycandakı Səfiri Bilal Haye iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımın artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər, Pakistan iş adamları ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək layihələr dair məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Pakistanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Sonda Azərbaycanın və Pakistanın biznes və investisiya mühitinə dair təqdimatlar edilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.
İqtisadiyyat
Azərbaycan-Pakistan biznes forumu keçirilib – FOTO
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər