Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO
Avropa Şurasında Rusiya Federasiyasının üzvlüyünün 25 illiyinin qeyd olunması münasibətilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində 19 may 2021-ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (МGİМО) “Elektron ədliyyə: şəffaflıq, səmərəlilik və əlçatımlıq” mövzusunda beynəlxalq tədbir keçirilib.
Dünya miqyasında tanınmış siyasətçilərin formalaşmasında xüsusi yeri olan bu təhsil müəssisəsinin təşkil etdiyi tədbirdə Avropa Şurası adından azərbaycanlı hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) rəhbəri qismində tədbiri açaraq mövzuya dair çıxış edib. Sözügedən iclasda açılış nitqi ilə Rusiya Hakimlər İttifaqının sədri Viktor Momotov, Avropa Şurasının rəsmiləri, o cümlədən Parlament Assambleyasının sədr müavini də iştirak edib. İclasda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri professor Sicilianos Linos-Aleksandrın “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində fərdi şikayətlər” adlı kitabının təqdimatı da aparılıb.
Eyni zamanda, hər il ənənəvi olaraq Rusiya Prezidentinin himayəsi altında 18-22 may 2021-ci il tarixlərində keçirilən Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində “Məhkəmə və ədliyyə sisteminin rəqəmsallaşdırılması” adlı sessiyasında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin rəhbərliyinin dəvəti ilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Ramin Qurbanov çıxış edərək Avropa dövlətlərində elektron ədliyyənin tətbiq olunması vəziyyəti və bu sahədə əldə olunan nəticələr barədə məlumat verdi.
Həmin sessiyada, həmçinin İrlandiya Məhkəmə Xidmətinin Baş direktoru Angela Denniq və digər rəsmilər iştirak edib.
Məlumat üçün bildiririk ki, sözügedən Forumda Avropa və MDB ölkələrinin dövlət xadimləri, ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların rəhbərləri, müxtəlif hüquq sahələrində tanınmış ekspertlər, görkəmli alimlər, habelə nüfuzlu hüquq şirkətlərinin və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edib.![]()
![]()
Siyasət
Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət