“Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində geri qaytarılan torpaqlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi”.

Bu fikirləri “Report”un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, jurnalist Alen Rumestan (Alain Roumestand) bildirib.

O, Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu deyib:

“Azərbaycan Qərblə Şərq arasında bir körpüdür. Sənədləşdirilmiş məqalə üzərində işlədiyim zaman Azərbaycana gedib qadın siyasətçilər, sahibkar və sənayedə məsul vəzifələrdə çalışan qadınlarla görüşmüşəm və bu zaman özüm şəxsən müsəlman ölkəsində qadının yüksək mövqeyinin şahidi olmuşam. Azərbaycandakı mültikulturalizm Fransada hər zaman müsbət qiymətləndirilib. Fransa ilə Azərbaycan arasında istər diplomatik, istərsə də iqtisadi münasibətlər hər zaman yüksək səviyyədə olub”.

A.Rumestan vurğulayıb ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmləndirilə bilər: “Bu gün Fransa Azərbaycanda Ermənistanı dəstəkləyən, 2020-ci ildəki hərbi əməliyyat zamanı bitərəfliyini itirən ölkə kimi tanınır. Bir qrup fransalı parlamentarinin Ermənistanın tərəfini tutması, bəzi ziyalıların “müsəlman Azərbaycan xristian Ermənistanı məhv etmək istəyir” kimi çıxışları təbii olaraq azərbaycanlılar tərəfindən mənfi qarşılanıb. Lakin Fransa yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən şirkətləri vasitəsilə qarşılıqlı iqtisadi inkişaf siyasətini gücləndirməlidir. Fransanın Azərbaycanda enerji, aviasiya, kosmik sənayesi, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində 50-dən çox şirkəti fəaliyyət göstərir. Dağlıq Qarabağdan didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tədricən öz torpaqlarına qayıdacaqlar. Lakin bu ərazilər tamamilə dağıdılıb. Fransa azad edilmiş torpaqların yenidən qurulmasında yaxından iştirak edə bilər. Fransa Ermənistanla Azərbaycan arasında balanslı siyasət apara və regionun iqtisadi inkişafı üçün müsbət şərait yaratmağa öz töhfəsini verə bilər”.

Fransalı tarixçi Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına da toxunub:

“30 illik Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində Azərbaycanın geri qaytardığı torpaqlar Ermənistana məxsus deyildi, onlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ümidlər yaranmışdı. O, sələfi kimi Dağlıq Qarabağdan deyildi. İşğal olunmuş torpaqları qaytarmaqla böhrandan çıxış mümkün idi. Azərbaycan liderləri, şübhəsiz ki, iki ölkə arasında vəziyyətin dəyişə biləcəyinə inanırdılar. Təəssüf ki, ictimai rəy və ordunun təhriki ilə Ermənistanın baş naziri təhlükəli bir müharibəyə başladı. Lakin beynəlxalq hüquqa zidd olaraq işğal edilən əraziləri sahibinə qaytarmaq daha ağıllı olardı. Azərbaycan bu gün Dağlıq Qarabağda sülhdən başqa bir şey istəmir. Fransa, Rusiya və ABŞ-a birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Nəhayət, Minsk qrupu öz məsuliyyətini anlamalı və tezliklə sülh naminə fəaliyyətə keçməlidir”.

Son xəbərlər

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı

AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov

ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

Bütün xəbərlər