İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə İsgəndər Mömini İlham Əliyevlə görüşə zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan İran üçün dost və qardaş ölkədir:

"İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk".