Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb.

Bu səfər çərçivəsində ölkə rəhbərini Tacikistanın xarici işlər naziri, prezidentin xarici siyasət və iqtisadiyyat məsələləri üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və bir sıra digər hökumət nümayəndələri müşayiət edirlər.

Xatırladaq ki, AQEM-in VII iclası təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.


İsrail prezidenti Azərbaycana gəldi