Rusiyanın Ryazan bölgəsindəki neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.

Bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov deyib.

“Bu gecə və səhər saatlarında bölgəmiz kütləvi PUA hücumuna məruz qalıb. Neft emalı zavodunun ərazisində yanğın baş verib. Ryazandakı digər müəssisənin ərazisində isə anbar və avtomobillər zərər görüb”, - o bildirib.