Bu il ərzində Dünya Bankı (DB) Azərbaycanın iqtisadiyyatına təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb.

İnterxəbər Oxu.Aza istinadən xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidmətindən məlumat verilib.

"2026-cı maliyyə ilində Dünya Bankı qrupu tərəfindən Azərbaycana 100 milyon ABŞ dollarına yaxın özəl kapital cəlb edilib", - deyə açıqlamada bildirilir.

DB Azərbaycanda daha inklüziv və rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına dəstək verməyi hədəfləyir.

Həmçinin, Dünya Bankının həyata keçirdiyi proqram Orta Dəhlizin inkişaf etdirilməsi və rəqəmsal infrastrukturun müasirləşdirilməsi məqsədi daşıyır.