“Ankara və Vaşinqton arasındakı münasibətləri bundan daha artıq korlamaq çətindir”.
Bu sözləri Caliber.Az-a müsahibəsində Yeni Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşyev deyib.
“Türkiyədə izləri açıq şəkildə ABŞ-a aparan çevriliş cəhdi oldu. Türkiyədə antiamerika əhval-ruhiyyəsi son illər olduqca yüksəkdir. Görünür, bu (ABŞ-ın fəaliyyətlərini nəzərə alanda), qarşılıqlıdır.
Hazırda ABŞ-Türkiyə münasibətlərinin inkişafında, üstəlik sadəcə hərbi, strateji əməkdaşlıq sahələrində də yox, digər sahələrdə də hansısa perspektiv görmürəm. Vəziyyəti daha geniş nəzərdən keçirmək lazımdır. Türkiyə Vaşinqtonda hakim olan fikirlərlə uyğun gəlməyən – öz yolu ilə gedir. Ağ Ev Ankaraya öz yolunu göstərmək istəyir, ancaq Türkiyə tərəfi bununla razılaşmır.
Xüsusilə vurğulamaq istəyirəm ki, ABŞ və Türkiyə rəhbərliyində bundan sonra kimin olmasından asılı olmayaraq, münasibətlər keyfiyyətcə yaxşılaşmayacaq. İndi artıq aydındır ki, ən azı yaxın 10 ildə onlar əvvəlki məcrasına qayıtmayacaq”, - deyə Y.Mavaşyev bildirib.
Yuri Mavaşyev: “Türkiyənin öz yolu var və onunla gedir
Siyasət
Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov
Hadisə
ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir
Tarix
İlham Əliyev 5 fərman imzaladı
Hadisə
Rusiyada qubernator saxlanıldı
Son xəbərlər
Şahbaz Şərif Rusiyaya gedir
Siyasət
Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
Son xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - Foto
Son xəbərlər
Böyük Britaniyanın Aİ ilə yeni razılaşması ailələrə baha başa gələ bilər
Müsahibə
Putinin problemləri başlayır, müharibəni bitirəcək
Siyasət
Mey Börnhemə qarşı çıxdı: Qəbul et və irəliyə bax!
Texnologiya
Süni intellekt naziri vəzifəsindən etdi: Cənubi Koreyada qalmaqal
Son xəbərlər
Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası
Son xəbərlər
Meloni Zelenskini buna görə qınadı: Qəbuledilməzdir...
Siyasət
Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
Tarix