“Zəngəzur dəhlizinin açılması ilə bağlı çox böyük problemlər var. Sanki Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələni dondurmaq istəyir”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə müsahibəsində politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, Paşinyanın bu cür davranışının səbəbi növbədənkənar parlament seçkilərinə qədər aqressiv bəyanatlarla Ermənistan cəmiyyətinin rəğbətini qazanmaq istəməsidir:
“O, rəqiblərinə əlavə imkan qazandırmamaq üçün Zəngəzur məsələsi ilə bağlı elə təəssürat yaratmaq istəyir ki, guya nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın diktə etdiyi şərtləri yerinə yetirmir. Əslində isə reallıq başqadır. Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidenti Vladimir Putinin imza atdığı sənədə qarşı hörmətsizlik edə bilməz. Onların belə bir hünəri yoxdur. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, o dəhliz açılacaq. Ermənistanın bizim yaratdığımız reallığa, regionda formalaşan geosiyasi konfiqurasiyaya təsir etmək imkanı yoxdur. Hesab edirəm ki, Yerevandakı parlament seçkilərindən sonra bu istiqamətdə atılan real addımların şahidi olacağıq”.
Həmçinin politoloq onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasını birləşdirməklə yanaşı, regionda yeni münasibətlər formalaşdıracaq.
Paşinyan Zəngəzur dəhlizinin açılmasına niyə qarşıdır? - AÇIQLAMA
Hadisə
ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir
Tarix
İlham Əliyev 5 fərman imzaladı
Hadisə
Rusiyada qubernator saxlanıldı
Son xəbərlər
Şahbaz Şərif Rusiyaya gedir
Siyasət
Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
Son xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - Foto
Son xəbərlər
Böyük Britaniyanın Aİ ilə yeni razılaşması ailələrə baha başa gələ bilər
Müsahibə
Putinin problemləri başlayır, müharibəni bitirəcək
Siyasət
Mey Börnhemə qarşı çıxdı: Qəbul et və irəliyə bax!
Texnologiya
Süni intellekt naziri vəzifəsindən etdi: Cənubi Koreyada qalmaqal
Son xəbərlər
Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası
Son xəbərlər
Meloni Zelenskini buna görə qınadı: Qəbuledilməzdir...
Siyasət
Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
Tarix
Azərbaycan bu ölkəni təbrik etdi
Son xəbərlər