İlham Əliyev: “Müharibə zamanı Ermənistanın şəhərlərinə hücum edəcəyimizi Vladimir Putinə bildirmişdim”
Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
O, bu gün keçirilən mətbuat konfransında Rusiyadan olan jurnalistin sülhlə bağlı sualını cavablandırıb:
“Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər bizdə də müəyyən suallar doğurdu. Bu məsələ ilə bağlı ironiyalı fikirlər bildirmək istəmirəm. Rusiya rəsmiləri, parlament üzvləri də bildirmişdi ki, “İsgəndər” raketi gücünün 10%-i qədər partlaya bilməz.
Bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Təsəvvür edin, təyyarələri itib, bilmirlər ki, hardadır?! Bir istiqamətdə uçublar, pilotları gizlənib və oturub fikirləşiblər ki, kim onların təyyarələrini oğurlayıb. Əbu-Dabidəki hərbi sərgidə Ermənistanın bir dənə də olsun eksponatı yox idi. Nə göstərsinlər, çünki heç bir hərbi istehsalları yoxdur.
Digər tərəfdən nəyə görə meymunluq edib özünü rüsvay edəsən? O sərgidə Ermənistan stendində hərbi avadanlıqlar əvəzinə kitablar əksini tapmışdı. Bu bir rüsvayçılıqdır. “İsgəndər” raketlərinin gücünün 10%-i qədər partlaması barədə fikirlər isə bir lətifədir. Bu tragikomediyalar Ermənistanda baş verənləri xarakterizə edir.
SKAD, “Toçka-U” raketlərini yaşayış məntəqələrimizə atmışdılar. Biz Gəncəyə atılan raketlər barədə məlumatları birbaşa Rusiya tərəfinə çatdırmışıq, həmlələr davam edəcəyi halda, bizim başqa seçimimiz qalmayacağını və onların şəhərlərinə hücum edəcəyimizi Vladimir Putinə bildirmişdim. Bizim raketlərimiz rahatlıqla İrəvanı vura bilərdi.
Düşünürəm ki, Rusiya tərəfinin onlara təsiri özünü doğrultdu. Ona görə də Gəncədən sonra belə həmlə olmadı. Onlar maksimum dərəcədə dinc əhaliyə ziyan vurmağa çalışıblar. Bu, gücsüzlüyün, zəifliyin və döyüş meydanında məğlubiyyətin bir göstəricisidir.
Mən hələ o vaxt Rusiya tərəfinə Ermənistana “İsgəndər”lər veriləndə demişdim ki, bu, düzgün addım deyil və regionda sabitliyin möhkəmlənməsinə xidmət etmir. Müharibə zamanı da deyirdim ki, Rusiya “İsgəndər”ləri özünə geri qaytarsın. Bu günə kimi də eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısını almaq üçün həmin raketlər geri qaytarılmalı və ermənilərə pulsuz silah verilməməlidir.
Bu yaxınlarda səhv etmirəmsə, Ermənistan prezidenti və Rusiyadakı Ermənistan səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşməsində iştirak edəcək. Nəyə görə?! Hansı məqsədlə? Buna elə bir ehtiyac yoxdur... Belə bir hakimiyyətə dağıdıcı silah vermək olarmı?
Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikalardır. Ermənistandan fərqli olaraq, biz heç vaxt Rusiya istehsalı olan texnikadan şikayətlənməmişik. Bu, dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, düzgün əllərdə olmalıdır ki, sonra kimisə ittiham etməyəsən”.
Siyasət
İlham Əliyev: “Müharibə zamanı Ermənistanın şəhərlərinə hücum edəcəyimizi Vladimir Putinə bildirmişdim”
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat