Ermənistan əhalisi kommunal xərcləri ödəməkdə ciddi problemlər yaşayır. Ölkə əhalisinin istehlak etdiyi təbii qazın haqqını ödəyə bilməməsi “Qazprom”u narahat edir.
Bu barədə “Qazprom Armeniya”nın baş direktoru Qrant Tadevosyan məlumat verib.
Onun sözlərinə görə, abunəçilər arasında təbii qazın haqqının ödənilməsində problemlər əsasən 2020-ci ilin noyabrında yaranıb. Əhali qrupu arasında istehlak olunan qazın pulunu ödəməmə halları artıb. “Qazprom Armeniya” ödəmələrin bərpa edilməsi üzərində hökumətlə işləyir.
Baş direktor ödəmələrlə bağlı konkret addımlardan çəkindiklərini bildirib. O, bunun səbəbini açıqlamayıb. Noyabr ayı üçün ciddi problemin yaşanmadığını bildirən Q.Tadevosyan dekabr və yanvar aylarında məsələnin daha da ciddiləşəcəyini istisna etməyib.
O deyib ki, Ermənistanda 2020-ci ilin noyabrında ödəməmə halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. 2019-cu ilin noyabrında ev təsərrüfatlarının ümumi qaz xərclərinin 0,6 faizi ödənilmədiyi halda, bu göstərici 2020-ci ilin eyni dövründə 6,6 faiz təşkil edib. Müəssisələrdə isə bu göstərici 1,1 faizdən 1,6 faizə yüksəlib. 2019-cu ilin noyabrı ilə müqayisədə ev təsərrüfatları arasında ödənişdən yayınanların sayı təxminən 3320-dən 4600-ə yüksəlib.
Müəssisələrdə bu göstərici 1224-dən 1252-yə çatıb. Artım bu məsələ ilə əlaqədar məhkəmələrdə baxılan işlərin sayında da özünü göstərib. Belə ki, bu rəqəm artaraq 834-dən 1104-ə çatıb.
Siyasət
Ermənistan əhalisi kommunal xərcləri ödəməkdə ciddi problemlər yaşayır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət