Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti 5 il ərzində Türkiyədə bərpa olunan enerji və təmiz enerjiyə keçid layihələrinə 6 milyard ABŞ dolları investisiya yatırmağı planlaşdırır.
Bu barədə bankın COP31 çərçivəsində yaydığı açıqlamada bildirilib.
Məlumata əsasən, EBRD Türkiyənin COP31 çərçivəsində təqdim etdiyi Bərpa Olunan Enerjinin Sürətləndirilməsi və Təmiz Enerjiyə Keçid Platformasına (REACT) qoşulub.
Platformanın əsas məqsədi 2040-cı ilədək Türkiyənin enerji transformasiyası üçün 300 milyard ABŞ dolları həcmində investisiya cəlb etməkdir.
Vəsaitlərin günəş və külək enerjisi layihələrinə, elektrik şəbəkələrinin modernləşdirilməsinə, enerji saxlama sistemlərinə, enerji avadanlıqlarının istehsalına və elektrikləşdirmə tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.
EBRD platformanın yaradılmasında Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə yaxından əməkdaşlıq edib.
Təşəbbüs Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Almaniyanın KfW İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları və təşkilatları tərəfindən də dəstəklənir.
EBRD-nin prezidenti Odil Reno-Basso bildirib ki, bank Türkiyənin enerji sektorunda geniş təcrübəyə malikdir və ölkənin enerji transformasiyasını dəstəkləmək üçün investisiyaları səfərbər etməyə hazırdır.
Onun sözlərinə görə, Türkiyə enerji transformasiyası sahəsində iddialı hədəflər müəyyən edib və bu hədəflərə çatmaq üçün investisiya qoyuluşlarının sürətləndirilməsi vacibdir.
Qeyd edək ki, Türkiyə 2040-cı ilədək günəş və külək elektrik stansiyalarının ümumi quraşdırılmış gücünü 175 giqavata çatdırmağı hədəfləyir.
EBRD indiyədək Türkiyə iqtisadiyyatına, əsasən özəl sektora, 26 milyard avrodan çox investisiya yatırıb.
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət