Almaniya Silahlı Qüvvələrində (Bundesver) xidmət keçən qadınların 60 faizindən çoxu xidmət müddətində cinsi qısnamaya məruz qaldıqlarını bildirib.
İnterxəbər Oxu.Az-a istinadən xəbər verir ki, "Der Spiegel" nəşrinin yaydığı məlumata görə, bu rəqəmlər Potsdamdakı Hərbi Tarix və Sosial Elmlər Mərkəzinin apardığı tədqiqat nəticəsində bəlli olub.
Keçirilən anonim sorğuda 4 mindən artıq qadın hərbçi iştirak edib. Araşdırmanın nəticələrinə əsasən, rəyi soruşulanların təxminən 40 faizi cinsi xarakterli nalayiq ifadələr və şərhlərlə qarşılaşıb. Daha 15 faiz isə onların razılığı olmadan çəkilmiş və ya süni intellekt vasitəsilə dəyişdirilmiş şəkillərdən istifadə edilməklə qısnama halları barədə məlumat verib. Qadınların təqribən 8 faizi fiziki qısnamaya, 2 faizi isə cinsi zorakılığa məruz qaldığını qeyd edib.
Sorğu iştirakçılarının üçdə birindən çoxunun bu cür hadisələr barədə məlumat verməməsi və ya gələcəkdə də bildirməyəcəyini vurğulaması xüsusi narahatlıq doğurur. Bunun səbəbləri kimi rəhbərliyə inamsızlıq və komandanlığın tammiqyaslı istintaq aparacağına dair şübhələr göstərilib.
Tədqiqat nəticələrinin açıqlanması Almaniya hərbi rəhbərliyinin Bundesverin şəxsi heyətini genişləndirmək və orduya daha çox gənc hərbçi cəlb etmək planları ilə eyni vaxta təsadüf edib.
Bundan əvvəl Bundesverin baş inspektoru Karsten Broyer orduda cinsi pozuntularla bağlı vəziyyəti qəbuledilməz adlandırmışdı.
"Der Spiegel"in məlumatına görə, son aylar ərzində belə hallarla bağlı daxil olan şikayətlərin sayında artım müşahidə olunur.
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya