Rusiyanın dizel yanacağı daşıyan dörd tankerindən sonuncusu ABŞ sahilləri yaxınlığında geri dönüb.

Məlumata görə, oktyabrın 22-də Rusiyanın Primorsk limanından yola düşən "Agioi Fanendes" tankeri Nyu Yorkdan təxminən 740 kilometr aralıda kursunu dəyişib.

Əvvəlcə təyinat limanı kimi Nyu York göstərilsə də, sonradan bu, "əmrləri gözləyir" statusu ilə əvəz olunub. Tanker bazar ertəsindən bəri ABŞ sahillərindən uzaqlaşaraq, ziqzaqvari hərəkətlə yavaş templə irəliləyir.

Tankerin sahibi olan Yunanıstanın "Eastern Mediterranean Maritime" şirkətindən bildirilib ki, yükün boşaldılacağı liman hələ müəyyən edilməyib.

Qeyd edək ki, ABŞ-ın Nyu Cersi ştatının hakimiyyət orqanları Rusiyadan dizel yanacağını qəbul edəcəkləri təqdirdə limanları milyonlarla məbləğində cərimələrlə hədələmişdi. Bundan sonra Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan iki tanker istiqamətini dəyişmişdi.