Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, videokonfransı giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransadakı diaspor üzvlərinin pandemiya dövründəki fəaliyyətini və Ermənistanın iyul təxribatları zamanı Parisdə izdihamlı aksiyalar keçirmələrini müsbət qiymətləndirib.
O, Koordinasiya Şuralarının, o cümlədən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yaranmasının diaspor hərəkatına mütəşəkkillik və dinamika gətirdiyinə diqqəti cəlb edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Qarabağ” məktəbinin və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuranın və Fransanın Nant şəhərində yerləşən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” Azərbaycan məktəbinin fəaliyyəti barədə məlumat verib.

Toplantı iştirakçıları görülən işləri müzakirə edib və gələcək planlar, yeni layihələr barədə təklif və rəylərini bildiriblər.

Tədbirdə Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, diaspor fəalları və ölkəmizin Fransadakı səfirliyinin səlahiyyətli şəxsləri iştirak edib.

Komitə sədri Toğrul Zeynalovun əlaqələndirici kimi gördüyü işləri yüksək qiymətləndirib və onun təşəkkürnamə ilə mükafatlandırıldığını bildirib. Videokonfrans Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisinin seçilməsi ilə başa çatıb.

Son xəbərlər

FED ABŞ-nin bank sisteminə təhlükə barədə xəbərdarlıq etdi

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb - FOTO

Tacikistanda yer yerindən oynadı - Xəbərlərin 12:00 buraxılışı

Zəngilan rayonunun Şəfibəyli kəndi - FOTO

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

“Caliber”: “Ermənistan öz tarixindən dərs almayıb” - VİDEO

AVRO-2024: UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir - FOTO

Böyük hədəflərin tərkib hissəsi - ŞƏRH

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb - FOTO

Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO

Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb

Nikol Arayiki məyus yola saldı

İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

İlham Əliyevin TDT liderləri ilə səmimi söhbəti - FOTO

Türkiyədə otuz ilin rekordu 16 can aldı - YENİLƏNİB + FOTO

İraqın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri: “Ermənilər işğal zamanı məscidləri təhqir edərək dağıdıblar”

BMT-nin nümayəndə heyəti Füzuliyə gedib

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

İsrail-İran ritorikası müharibə həddində: Tehran Azərbaycana qarşı tonunu yüksəldir - TƏHLİL

Amerikalı milyarder: “ABŞ kapitalizmi gözümüzün qarşısında çökür”

Tramp: “Üçüncü dünya müharibəsinin açarı məndədir”

Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?

Təbrizdə 19 yaşlı qız hökumət qüvvələri tərəfindən qətlə yetirilib - FOTO

Prezident: “Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır

Milyarderlərin ən sevimli şəhərləri məlum oldu

İlham Əliyev: "Qazın artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub"

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb

FHN hava şəraiti ilə əlaqədar müraciət edib

Ana Birçall: “İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi”

İrana qarşı hərbi tədbirlər masada: ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - TƏHLİL

Peskov Ermənistanın qərarı barədə: “Kreml buna mənfi münasibət bəsləyir”

Bütün xəbərlər