Dərhal deyim ki, bu yalan məlumatdır. Heç bir ölkədən heç kim bu qəzanın səbəblərini aydınlaşdırmaq prosesinə müdaxilə etməyə çalışmır. Biz burada heç bir problem görmürük.
Bunu Qazaxıstan Baş nazirin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev Tengrinews.kz müxbiri ilə söhbətində Aktau yaxınlığındakı təyyarə qəzasının araşdırılması məsələsində xarici təzyiqə məruz qalması ilə bağlı məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, Qazaxıstan təyyarə qəzasının araşdırılmasında maraqlı olan bütün ölkələrin geniş iştirakını təmin edib:
“Bunlar ilk növbədə üç ölkədir: Azərbaycan, Rusiya və istehsalçı ölkə Braziliya. Onların bütün nümayəndələri, ümumilikdə 17 nəfər artıq işləyir. Hansısa səbəbdən kiməsə təzyiq etməyin mənası yoxdur. Bundan əlavə, Qazaxıstan 1992-ci ildən Çikaqo Konvensiyasının üzvüdür. Və ona uyğun olaraq aviasiya təhqiqatlarının aparılması ilə bağlı hər hansı qərarı araşdırma aparan dövlət qəbul edir. Yəni kimi cəlb etmək, kiminlə işləmək və sairə ilə bağlı istənilən qərarları yalnız biz verə bilərik. Biz özümüz qərar veririk ki, cəmiyyətdə kiminsə kiməsə təzyiq edib-etməyəcəyi ilə bağlı sual olmasın”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Siyasət
Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər