“Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü uğrunda necə mübarizə aparılmasının bariz nümunəsini göstərib. Doğrudur, Birinci Qarabağ müharibəsindən sonra problemlər var idi. Azərbaycan dövləti, Prezidenti düzgün nəticələr çıxardı. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına, yeni hərbi texnika və silahların alınmasına üstünlük verildi, qələbə əldə olundu”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin polkovniki Volodimir Laquta bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəliləyib:
“Buraya hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı yanaşma da daxildir. Bir sözlə, Azərbaycan hər zaman milli maraqlarını qoruyub. Odur ki, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəlilədi. Nəticədə o, tarixi ədaləti bərpa etdi. Bəli, bunun üçün uzun müddət, düz 30 il lazım oldu. Bəli, Azərbaycanda bütöv nəsillər, ailələr faciə ilə üzləşdilər. Bir çoxlarının Qarabağda evləri, qohumları var idi. Gənc olarkən yurdlarından didərgin düşmüş, amma yaşlı vaxtlarında öz torpaqlarına qayıdan azərbaycanlılarla bağlı videokadrlar görmüşəm. Nəticədə onların hansı hisslər keçirdiyinin şahidi olmuşam. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə Azərbaycanın Dövlət Bayrağını qaldırması ilə bağlı videokadrlar görmüşəm. Bu, azərbaycanlılar üçün qürur mənbəyidir”.
V.Laquta vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə sevinc hissləri yaşayıb:
“Bu, bir dövlətin öz milli maraqlarını necə qorumasının parlaq nümunəsidir. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq istəyən ilk ölkələrdən biri olub. Amma müstəqillik qazandıqdan sonra qanlı müharibə ilə üzləşdi. Birinci Qarabağ müharibəsində nələrin yaşandığını yaxşı xatırlayırıq. Bu müharibədə ukraynalılar da iştirak edib. Buraya azərbaycanlıları evakuasiyası ilə məşğul olmuş helikopterlərin pilotları daxildir. Onlar Azərbaycanın milli qəhrəmanlarıdır. Beləliklə, Azərbaycan xalqını bu tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqı üçün böyük qələbədir”, - deyə, o, əlavə edib.
Müsahibə
Ukrayna MN polkovniki: “Azərbaycan tarixi ədaləti bərpa edib”
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə