Şərti Azərbaycan-Ermənistan dövlət sərhədində bir həftə əvvəl “Laçın” sərhəd-keçid məntəqəsi quraşdırılıb. Dünəndən bu məntəqə protokol qaydaları üzrə tam formada fəaliyyəti həyata keçirir.
Azərbaycan tərəfinin yaydığı videogörüntülərdə erməniəsilli Azərbaycan vətəndaşlarının sərhəd-keçid məntəqəsini necə keçdiyi görünür - mütəşəkkil və intizamlı, qarşılıqlı nəzakət mühitində. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Lakin bu videogörüntülər Azərbaycan cəmiyyətində suallar doğurub. Onlardan biri budur: “Əgər Azərbaycanın quru sərhədləri bağlıdırsa, ermənilərin şəxsi avtomobilləri ilə Qarabağ regionuna daxil olmaları, yaxud oranı tərk etmələri niyə istisna edilir?
Ədalətli sualdır və Caliber.Az buna daha geniş kontekstdə cavab verməyə çalışıb.
Əvvəla, indi Azərbaycan üçün ən vacib məsələ Ermənistanın fəal şəkildə təbliğ etdiyi “blokada nağılı”nı qırmaqdır. Sərhəd-keçid məntəqəsi işləyir, insanların şəxsiyyəti müəyyənləşdirilir, nəqliyyat yoxlanılır, keçid təmin edilir. Yeri gəlmişkən, bunu Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Dövlət başçısı vurğulayıb ki, “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılmasında məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir və insanlar artıq bu keçid məntəqəsindən istifadə edirlər.
İkincisi, hələ sərhəd-keçid məntəqəsi işə düşməmişdən əvvəl ermənilər Rusiya sülhməramlı kontingenti (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə Azərbaycan ərazisinə daxil olurdular. Yəni əvvəllər də onlar üçün müəyyən “istisnalar” rejimi işləyirdi.
Üçüncüsü, RSK-nın Qarabağdakı müvəqqəti məsuliyyət zonasına gələn vətəndaşlar Azərbaycanın digər əhalisi üçün epidemioloji təhlükə yaratmırlar, çünki onlar hazırkı mərhələdə cəmiyyətimizə inteqrasiya olmayıblar.
Nəhayət, dördüncüsü, 2020-ci ilin noyabrına qədər biz Şuşa haqqında ancaq xəyal qururduq, Laçın yolunda sərhəd-keçid məntəqəsi ideyası real görünmürdü. Hər şeyin öz vaxtı var, hər şey addım-addım düzələcək. Azərbaycan Prezidenti nəyi, nə vaxt və necə edəcəyini bilir.
Müsahibə
Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılırlar? - İZAH
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət