Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?


Xəbər verdiyimiz kimi, iyunun 13-də Vəhdət Partiyası növbədənkənar qurultay keçirərək, təşkilatda rəhbərlik dəyişikliyi həyata keçirib. Partiyaya uzunmüddətli sədrlik edən Tahir Kərimli vəzifəsindən istefa verib və onun yerinə sədr müavini Adəm İsmayıl Bakuvi seçilib. Bu dəyişiklik isə ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub. Onu da bildirək ki, yeni sədrin şəxsi və peşəkar fəaliyyəti mediada geniş yer alıb. Son dövrlərdə politoloq, publisist, yazıçı və elmlər doktoru kimi tanınan A.İsmayılov 3 monoqrafiyanın, 20-yə yaxın elmi məqalənin və bir neçə romanın müəllifidir. Lakin onun fəaliyyəti yalnız akademik və publisistik sahələrlə məhdudlaşmır. Vəhdət Partiyasının yeni sədri ilə bağlı bir çox iddialar və qalmaqallar var ki, bunların başında da onun ad dəyişməsi gəlir. Belə ki, bu gün Adəm Bakuvi kimi cəmiyyətə tanıtdırılan şəxsin gerçək adı Aydəm İsmayılovur. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar isə daha ilginc məqamları ortaya çıxarır.
“Akula” Akif və Eldar Mahmudovla eyni çetedə
Keçmiş MTN-nin iş adamlarımızın başına gətirdiyi bütün oyunların içindən bu adam çıxır. Banklardan milyonlarla dollar alıb qaytarmaması məhkəmələr tərəfindən təsbit olunmasına, aldatdığı bir çox iş adamının ölkə rəhbərindən tutmuş hüquq mühafizə orqanlarına qədər müxtəlif instansiyalara müraciətlərinə, problemlərini mətbuat orqanlarında ictimailəşdirməsinə baxmayaraq, Aydəm İsmayılova “gözün üstə qaşın var” deyən olmayıb. Aydəm İsmayılov öz “mühafizə çətiri”ni yanında gəzdirmək üçün Eldar Mahmudovun “piyalə yoldaşı” “Akula” Akifə uzun müddət idarə etdiyi “Arena” ASC-də pulsuz ofis verir: “Arena” ASC-nin binasında yerləşən “EMPORİUM” oteldəki 101 saylı otaq Akula Akifin istifadəsində olmuşdur. Həmin otağın arxa tərəfə çıxışı olduğu üçün təhlükəsiz hesab edildiyindən, Aydəm İsamyılov və Akula Akif məhz bu otağı öz istifadələrində saxlamış, bütün görüşlərini burada keçirmiş və iş adamlarının başına birgə corab hörmüşlər.
Xoşagəlməz dedi-qodulara yol açan belə məlumatlardan biri iş adamı, MTK sədri N.Sadıqovun dövlət başçısına ünvanladığı və mətbuat orqanlarında dərc olunan müraciətidir. Həmin müraciətdə deyilir: “2010 cu ilin avqust ayında Bakı şəhəri Heydər Əliyev Prospekti 105, 195-ci məhəllədə 12 mərtəbəli binanın tikintisinə başladım. Aydəm İsmayılov bildirdi ki, Heydər Əliyev prospektində yuxarının razılığı olmadan heç kəs tikinti tikə bilməz. Aydəm İsmayılov bizdən tələb etdi ki, Mənzil Tikinti Kooperativinin 10 faizini Prezident Aparatının məsul şəxsinə, 20 faizini isə özü ilə yanaşı hörmətli generallardan birinə verilməlidir. Aydəmin dediyinə görə, həmin şəxslər dövlət adamları olduğu üçün şirkət payları onların adına olmaz və onların şəxsi nümayəndəsi kimi şirkətin 30 faizini öz adına, yəni Aydəmin adına sənədləşməsini bizdən tələb etdi”.Onu da qeyd etmək lazımdırki, son dövrlərdə google axtarış sistemində axtarış verdikdə Aydəm İsmayılov haqqında neqativ xəbərlərin silindiyinin də şahidi oluruq.
Ramiz Mehdiyevin çətiri altında
İsmayılov Mahmudovu itirdikdən sonra Mehdiyevə sığınıb. Cumhuriyyet.az olaraq dövri mətbuatda apardığımız qısa araşdırmalar onun “Green Park Azərbaycan” MMC-yə rəhbərlik etdiyini və keçmişdə Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçildiyini üzə çıxarıb. 2017-ci ildə A.İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə prezidentin qəzəbinə tuş gəlib. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi. “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi. Lakin o zaman Mehdiyev heç cür kömək edə bilməyib, İsmayılovu qoruya bilməyib. Mediada tirajlanan iddialara görə, A.İsmayılov R.Mehdiyevə xoş gəlmək üçün “Tri Korono”dakı binalardan ev bağışlayıb. Həmin mənzil həbsdən yeni çıxan Mehdiyevin kürəkəni İlham Əliyevin yaxınlarının birinin adına rəsmiləşdirilib.

Bu fonda isə Aydəm İsmayılovun siyasi partiya rəhbərliyinə gətirilməsi cəmiyyətdə ciddi suallar doğurur. A.İsmayılov sədr seçildiyi qurultaydakı çıxışında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə xüsusi şəkildə təriflər yağdırsa da bəzi siyasi şərhçilər bu təyinatı “boz kardinal” Ramiz Mehdiyevin siyasi nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Yəni Vəhdət Partiyasındakı son dəyişikliklər sadəcə struktur dəyişikliyi deyil, eyni zamanda ölkə siyasətində köhnə nüfuz dairələrinin yenidən aktivləşməsi kimi də təhlil olunur. Sözügedən məsələdə Tahir Kərimlinin yerinə Ramiz Mehdiyevin adamının gətirilməsi isə adıçəkilən iddiaları genişləndirir.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Xankəndidə atəşfəşanlıq oldu

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

ABŞ BMT-yə ödənişləri dayandırdı

Hesab edirəm ki, Ərdoğan İrəvana gələcək - Paşinyan

ABŞ təbii sərvətlərimizi talamaq istəyir - Maduro

Hakan Fidan İraqın xarici işlər naziri ilə görüşdü

Qaradağda əməliyyat: İH-nin 3 əməkdaşı həbs edildi

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Adullazadə Fatimə Cavad qızı – Azərbaycan Kikboksinqində yeni qürur səhifəsi

Düşünürdüm ki, Putinlə bunu həll edəcəm… - Tramp

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Çinlə yaxşı razılaşma əldə edə bilərik - Tramp

Kremldən Putin-Tramp görüşü ilə bağlı açıqlama

Tramp Si Cinpinlə görüş planlarını açıqlayıb

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Gold Residence MMC – Etibarlılığın, Keyfiyyətin və Müasir Yaşayışın Simvolu

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Türkiyə XİN Azərbaycanı təbrik etdi

O, şan-söhrət axtarmır, hər dəfə yanımda olub - Tramp

Sumqayıtda Yeni Avtobus Xətləri:

Ərdoğan Qəzzaya gedəcək

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Tanınmış Vəkil Yeni Direktor Oldu

Paşinyan Azərbaycanı təbrik etdi

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Asayişin Keşiyində dayananlar

Viktor Orban Azərbaycana gəlir

Bütün xəbərlər