Rəsmi Bakı Qarabağda mövcud vəziyyətlə bağlı hərbi və siyasi açıqlama verdi:
- Xarici işlər nazirinin müavini Xələf Xələfov “qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək”, “sülhməramlıların nəzarətində olan ərazilərdəki ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycana inteqrasiya etməlidir”, “sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər” deyir;
- Müdafiə Nazirliyi Xocalı, Xocavənd və Ağdam istiqamətində ermənilərin qanunsuz dəstə üzvlərinin döyüş mövqelərinin hədəfə alındığını açıqlayır.
Rəsmi açıqlamalar Qarabağda prosesin başladığını deməyə əsas verir: buna “təmizləmə”, yaxud “məcburetmə” də deyə bilərik.
Bakının cari dövr üçün iki taktiki hədəfi var:
- Hərbi müstəvidə atəş nöqtələri olan erməni terrorçuların postlarının sıradan çıxarılması;
- Siyasi müstəvidə 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icra edilməsi.
Strateji hədəf XİN rəsmisinin də dediyi kimi, sülhməramlıların nəzarət etdiyi ərazidəki erməni vətəndaşların inteqrasiya edilməsi, separatçıların təmizlənməsidir. Erməni vətəndaşların inteqrasiyası üçün iki yol var: ya normal şəkildə, öz istəkləri ilə bunu etməlidirlər, ya da buna məcbur olmalıdırlar.
Ermənilərin belə istəkləri görünmür, yaxud separatçı rejimin mövcudluğu bu istəklərin gündəmə gəlməsinə imkan vermir. Bu baxımdan, həyat şəraitinin çətinləşməsi erməniləri köçmək, yaxud inteqrasiya ilə razılaşmaq seçimi ilə üzə-üzə qoya bilər.
Təbii qazın qəza nəticəsində kəsilməsindən sonra bu vəziyyətin yaranmasının işartıları görünür:
- Qaz təczihatı olmadığı üçün elektrik enerjisindən istifadə artıb və yüklənmələr nəticəsində elektrik enerjisinin verilməsində də fasilələr yaranır;
- Separatçı-terrorçu rejim problemləri həll edə bilmir və mütəmadi olaraq etdikləri çağırışlar da çətin vəziyyətə düşdüklərini göstərir;
- İndiyə qədər separatçı rejimin və erməni əhalisinin “bel bağladığı” sülhməramlıların prosesə müdaxilə edə bilməməsi, yaxud etməməsi ciddi təşvişin yaranmasına səbəb olub.
“Sülhməramlı qoruyucular”ın heç nə edə bilməməsi ermənilərin seçimini – ya köçmək, ya inteqrasiya etmək – sürətləndirə bilər. Təbii ki, inteqrasiya prosesi asan olmayacaq, lakin Ukraynadakı müharibə fonunda yeni imkanların yarandığı da aydın görünür.
Bu kontekstdə Ukraynadan gələn xəbərlər də diqqət çəkir. Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün verdiyi açıqlamada bildirir ki, “böyük itkilər verən Rusiya ehtiyat qüvələr toplayır, Abxaziya və Qarabağdan sülhməramlıları çıxarırlar”.
Bunu müharibədə Ukrayna tərəfinin informasiya gedişi də hesab etmək olar, lakin sülhməramlılarla bağlı son günlər yayılan xəbərlər fonunda Aretoviçin açıqlaması təsadüfə bənzəmir. Mümkündür ki, Qarabağdakı sülhməramlıların bir qismi köçürülsün. İndiyə qədər Qarabağda bütün məsələlərə dərhal müdaxilə edən sülhməramlıların son proseslərdə səssizliyi də diqqətdən yayınmır.
Müsahibə
Bakı terror yuvalarını vurur: sülhməramlılar “yoxa çıxıb”
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə