"Yalnız Cənubi Qafqazda sabitlik saxlanacağı təqdirdə, Zəngəzur dəhlizi region ölkələri arasında logistikanı yaxşılaşdırmağa imkan verəcək. Sabitlik isə yalnız rəsmi İrəvan Azərbaycan ilə sülh müqaviləsi imzalamağa məcbur ediləcəyi təqdirdə bərqərar olacaq".
Bunu “Report”a beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Mixaylov bildirib.
Ekspert qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması prosesini ləngitmək məqsədilə təxribatlara meyl etsə də, bu dövlət öz iqtisadiyyatı üçün bu qədər perspektivli olan belə bir layihədən imtina etməyəcək.
“Çalışacaqlar ki, onların fikirlərinin də əhəmiyyət kəsb etdiyini nümayiş etdirsinlər və bu imkandan öz xalqları və dövlətləri naminə istifadə edəcəklər. Lakin güman edirəm ki, rəsmi İrəvan region üçün bu dərəcədə əhəmiyyətli layihənin tam icrası prosesini ləngitmək üçün bu və ya digər münaqişəni qızışdırmağın yolunu tapacaq. Buna hazır olmaq lazımdır, çünki təəəsüf ki, Ermənistan rəhbərliyi öz ağlı ilə deyil düşünmür, Qərbdəki tərəfdaşlarının yöndərləndirməsi ilə hərəkət edir”, - politoloq qeyd edib.
Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin bütün Avrasiyanın yeni nəqliyyat layihəsinə çevrilməsi haqqında verdiyi bəyanat kifayət qədər əsaslandırılmışdır. Bu dəhliz yeni avtomobil və dəmir yollarının yaranmasına səbəb olacaq, əvvəllər mövcud olmuş kommunikasiyalara ikinci nəfəs verəcək.
“Elə Ermənistanın özü üçün Rusiya və digər ölkələrlə birbaşa əlaqə qurmaq, o cümlədən Mərkəzi Asiya ölkələrinə maneəsiz şəkildə mal tədarük etmək imkanı yaranacaq”, - Mixaylov vurğulayıb. O əlavə edib ki, regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslər dərin hörmətə layiqdir.
Ekspert regionda yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini qeyd edib: “İ.Əliyev tərəfindən təklif edilmiş “3+3” formatı və buna oxşar təşəbbüslər əhalinin rifahına və Cənubi Qafqaz regionu ölkələrinin təhlükəsizliyinə yönəlib”.
“Əvvəlki formatlar köhnəlir və reallıqla ayaqlaşa bilmir, faktiki olaraq öz potensiallarını itirirlər. Dövlətlərarası səviyyədə yeni ünsiyyət formatları təklif etmək lazımdır”, - ekspert qeyd edib.
Müsahibə
Rusiyalı ekspert: "Zəngəzur dəhlizi Cənubi Qafqazda logistikanı yaxşılaşdırmağa imkan verəcək"
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət