Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Bununla yanaşı, erməni və ermənipərəst ekspertlər baş verənlərdə Rusiyanı günahlandırır, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan Bakı və Moskva ilə hər hansı danışıqdan imtina etməyə çağırırlar.
Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov qeyd edib ki, bəzi erməni mütəxəssislərin səsləndirdikləri bu cür cəfəngiyyatlara münasibət bildirmək çətindir.
Bu barədə o, Caliber.Az-ın suallarını cavablandırarkən deyib:
“Rusiya Ermənistanı tamamilə süquta uğramaqdan qurtardı. İndi sərhəddə təxribatlar baş verir, sonra Rusiya ittiham olunur?! Məgər bu normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsi nə cəfəngiyyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”
Mütəxəssis vurğulayıb ki, Ermənistanın bir dövlət olaraq mövcud olmaması göz qabağındadır:
“Yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”, - deyə Yevgeni Mixaylov bildirib.
Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır:
“İrəvan Rusiya hərbçilərini çətin vəziyətə salaraq intiqam almaq barədə düşünməməli, təxribat törətməməlidir”.
Yevgeni Mixaylov: “Ermənistanın bir dövlət olaraq mövcud olmaması göz qabağındadır”
Son xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - Foto
Son xəbərlər
Böyük Britaniyanın Aİ ilə yeni razılaşması ailələrə baha başa gələ bilər
Müsahibə
Putinin problemləri başlayır, müharibəni bitirəcək
Siyasət
Mey Börnhemə qarşı çıxdı: Qəbul et və irəliyə bax!
Texnologiya
Süni intellekt naziri vəzifəsindən etdi: Cənubi Koreyada qalmaqal
Son xəbərlər
Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası
Son xəbərlər
Meloni Zelenskini buna görə qınadı: Qəbuledilməzdir...
Siyasət
Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
Tarix
Azərbaycan bu ölkəni təbrik etdi
Son xəbərlər
AB müdafiə xərclərini 232 faiz artırır
Müsahibə
Deputatdan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"
Müsahibə
Abbaszadə Nərmin Heydərlini vəzifəsindən azad edib? - Rəsmi
Son xəbərlər
Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır
Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
Siyasət