"Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi bütün regionda geniş inteqrasiyaya öz töhfəsini verəcək".
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukraynanın Poltava Vilayət Şurasının deputatı, enerji məsələləri üzrə ekspert Yevgeni Korf bildirib.
“Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr uğurludur, həm regional, həm də regionlararası əməkdaşlığa yönəlib. Bu əməkdaşlıq təşəbbüsü digər dövlətlərin, o cümlədən Ukraynanın qoşulması üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya öz töhfəsini verir”, - deyə deputat bildirib.
Onun fikrincə, Şuşa bəyannaməsi bu yaxınlarda hərbi əməliyyatların getdiyi bir regionda sülh ideyasının bərqərar olmasının əsl möhtəşəm nümunəsidir.
“Bu sənəd regional təhlükəsizliyin qorunub saxlanması və Avropanın cənub-şərqində iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmli ola bilər”, - Korf deyib.
Xatırladaq ki, Türkiyə prezidentinin Azərbaycana ikigünlük rəsmi səfəri çərçivəsində, iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində müttəfiqlik haqqında bəyannamə imzalamaqla ikitərəfli münasibətlərin yol xəritəsini müəyyən ediblər.
Bəyannamədə siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi vacib məsələlər öz əksini tapıb.
Müsahibə
Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək" – EKSKLÜZİV
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət