Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

İnterxeber.az saytı Salamnews.org saytına istinadən bildirirki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.

Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev Bakıda inşa olunan məsciddə aparılan işlərlə tanış olub (FOTOLENT)
Prezident İlham Əliyev Bakıda inşa olunan məsciddə aparılan işlərlə tanış olub (FOTOLENT)
Prezident İlham Əliyev Bakıda inşa olunan məsciddə aparılan işlərlə tanış olub (FOTOLENT)
Prezident İlham Əliyev Bakıda inşa olunan məsciddə aparılan işlərlə tanış olub (FOTOLENT)
Prezident İlham Əliyev Bakıda inşa olunan məsciddə aparılan işlərlə tanış olub (FOTOLENT)

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər