İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya ilə Livan arasındakı sərhəd-keçid məntəqələri yaxınlığında Suriyanın hərbi infrastrukturuna zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail ordusu vurulan obyektin Hizbullah tərəfindən silah transferi üçün istifadə edildiyini açıqlayıb.