Bu mövsüm SSENARİ mövzusuna fokuslanıb.

Ssenari sənətinin ən xırda incəliklərini öyrənmək, məhşur kinematoqrafçılardan dəyərli tövsiyələr alıb, öz ssenarini peşəkarlar tyutorla formalaşdırmaq istəyirsənsə - bu mövsüm sənin üçündür!



İNTERACT Online haqqında qısa xatırlatma:

İNTERACT Online proqramının əsası 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” Film Studiyası tərəfindən qoyulub. Bu, İNTERACT LAB tədris layihəsinin çərçivəsində həyata keçirilən onlayn tədris və təlim proqramıdır. İNTERACT ONLINE elektron platforması gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn master-klasslar və vorkşoplar vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir.



Bu mövsümdə iştirakçıları hansı yeniliklər gözləyir?

Proqram 3 mərhələdən (may, iyul və oktyabr ayları) ibarətdir.

Proqrama Oskar, Kann, BAFTA və Emmi mükafatlı filmmeykerlərin keçirəcəyi master klasslarla yanaşı, peşəkar tyutor tərəfindən keçirilən ssenari üzrə vorkşop da əlavə olunub.

Vorkşopu keçirəcək tyutor Gülengül Altıntaş Münxen Lüdviq-Maksimillian Universitetində (Almaniya) magistrlər üçün ssenari yazılması dərsini tədris edir. ABŞ-da – Kaliforniya Los Anceles Universitetində (UCLA) "Əyləncəvi media üçün kontentin yaradılması" sertifikasiya proqramında, Nyu York Tiş incəsənət məktəbi (New York Tisch School of the Arts) və Macarıstan Film Akademiyasının ssenari yazılması üzrə vorkşoplarında iştirak edib.

Vorkşop 3 mərhələdən ibarətdir. Seçilmiş iştirakçılar öz qısametrajlı film ideyası, mövcüd olan loqlayn və qısa sinopsislə qatılacaqlar. Hər mərhələdə ideyalarını inkişaf etdirərək, vorkşopun sonunda ssenarilərini formalaşdıracaqlar.

May ayında keçəcək ilk mərhələdə master klass keçəcək qonağımız Oskar, Kann və BAFTA mükafatlı ssenarist Kristofer Hempton olacaq. Dünyanın ən önəmli dramaturqlarından biri olan Hemptonun filmoqrafiyasında “Ali and Nino”, “Dangerous Liaisons”, “Atonement”, “Father” və özünün həm də rejissoru olduğu “Carrington” kimi filmlər var. Onun “Father” filmi 2021-ci ilin Oskar mükafatına namizəddir.

İyul ayında ikinci mərhələnin qonağı Kann kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə “Qızıl palma budağı” mükafatını qazanan Sameh Alaa olacaq. Qahirədən Parisə, oradan isə Kanna gedən uğur yolu onu master klass üçün ideal rejissora çevirir.

Oktyabrda keçiriləcək son master klassın qonağı Oskar mükafatına namizəd olan və Emmi mükafatını qazanan Henri Hyuz olacaq. “Day One” və “Terp” filmləri ilə ən çox tanınan bir ssenarist və rejissordur. “Outpost” filmində isə prodüser və aktyor kimi çıxış edib. Henri Hyuz ssenari sənəti ilə bağlı öz təcrübəsini bölüşəcək.



Proqrama necə qatılmaq olar?

Master klasslara qatılmaq ödənişsiz və sərbəstdir. İştirakçı limiti yoxdur.
Qeydiyyat formasını doldurmaqla master klasslara qatıla bilərsiniz.
Vorkşopa qatılmaq üçün loqlayn və sinopsisdən ibarət olan yazılı ideya tələb olunur. Nümunə şəklində yazdığınız hazır ssenarilər (və ya hekayə, pyes, şeir) də əlavə olunmalıdır.
Vorkşopa qatılacaq iştirakçı limiti 10 nəfərdir.


Müraciətlər cari ilin 10 may tarixinədək qəbul olunur.

İlk mərhələ 13 may 2021-ci il tarixində Kristofer Hemptonun master klassı ilə başlayacaq. Mayın 14, 15, 16-da isə vorkşopun ilk mərhələsi keçiriləcək.

Ssenari bacarıqlarını təkmilləşdir, ideyadan ssenariyə aparan yolu bizimlə bir keç!

Qeydiyyat üçün keçid al: https://debutfilms.az/interact

“Debüt” film studiyası 1987-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, rejissor Eldar Quliyev tərəfindən əsası qoyulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yerləşən “Debüt” film studiyası qısa və tammetrajlı debüt filmlərinin çəkilişi, həmçinin kinematoqrafçılar üçün təhsil proqramları və Azərbaycan istehsalı olan audiovizual məhsulların beynəlxalq bazarda təbliğini reallaşdırır.

Son xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Bütün xəbərlər