Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin məhkəmədə öz tərəfindən məişət zorakılığına dair dəlillər təqdim edəcəyini öyrəndən sonra “kədərdən ölmək üzrə olub”.
Bu barədə “The New York Post”a Pittə yaxın bir mənbə bildirib.
“Ancelinanın bu yola baş vurması Bredi çox kədərləndirib. Boşandıqdan sonra cütlük arasında çoxlu mənfi emosiyalar qalıb. Pitt hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb, keçmiş səhvlərini etiraf edib, içki içməyi dayandırıb”, - deyə müsahib bildirib.
Mənbə Coli və Pittin birlikdə yaşadıqlarının “çox ehtiraslı və müəyyən anlarda toksik olduğunu” deyib:
“Bir çox cütlük kimi onların da davaları olub, amma bir çox yaxşı şeylər də yaşayıblar”.
O, Colinin məhkəməyə şiddətlə bağlı sübutlarla çıxacağı barədə xəbərlərin yayılmasının hökmə təsir göstərilməsi üçün olduğunu ehtimal edib.
“Bred onu öz övladlarından təcrid etməyə çalışdıqlarını düşünür və bundan çox kədərlənir”, - deyə mənbə əlavə edib.
Qeyd edək ki, martın 19-da Coli və Pittin böyük oğlu 19 yaşlı Maddoksun məhkəmədə atasına qarşı ifadə verdiyi məlum oldu. Daha əvvəl Colinin 2016-cı ilin sentyabrında başlayan boşanma prosesi çərçivəsində keçmiş əri tərəfindən məişət zorakılığına dair dəlillər təqdim edəcəyi bildirilmişdi.![]()
![]()
Mədəniyyət
Ancelina Colinin məişət zorakılığına dair iddialarından Bred Pitt şoka düşüb - FOTO
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə