Azərbaycan hökumətinin kənd və şəhər yerləri arasındakı fərqləri azaltmaq istiqamətində apardığı siyasət kənd təsərrüfatı iqtisadiyyatını dirçəltmək, regionları inkişaf etdirmək məqsədi daşıyır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan kənd təsərrüfatı bazarı və rəqabətcilliyinə dair Dünya Bankının hazırladığı tədqiqatda bildirilir.
“Buna baxmayaraq, ərazi baxımından bərabərsizlik hələ də qalır, iqtisadi fəaliyyət əsasən Bakıda və ətrafında cəmləşir” – deyə, araşdırmada qeyd edilir.
2019-cu ildə ölkədəki işçi qüvvəsinin 36 faizinin cəmləşdiyi aqrar sektor ÜDM-nin cəmi 7 faizini istehsal edib:
“Azərbaycan meyvə-tərəvəz məhsullarının istehsalında da, emalında da güclü üstünlüklərə malik olsa da, bu sahədəki potensialını hələ tam üzə çıxarmayıb. Kənd yerlərində məşğulluq imkanlarının və davamlı işgüzar fəaliyyətin kasadlığı, habelə infrastruktur və xidmətlərin əksikliyi problemləri qalır. COVID-19 pandemiyasının səbəb olduğu son iqtisadi sarsıntılar da ölkənin az inkişaf etmiş bölgələrində əhalinin həssas qruplarının gəlirlərinə təzyiq göstərir”.
Həmçinin, bəzi yolların yararsız vəziyyətdə olduğunun qeyd edildiyi araşdırmada soyuducu qurğuların azlığına da işarə edilir.
Tədqiqat müəlliflərinə görə, Azərbaycan aqrar sektoru ifrat bölünmüş vəziyyətdədir, çox sayda kiçik fermer təsərrüfatları var. Bütövlükdə kənd təsərrüfatı istehsalçıları üç yerə ayrılır. Bunlar ailə fermaları və təsərrüfatları, aqrar müəssisələr, özəl sahibkarlardır: “Sözsüz ki, ən böyük qrup ailə fermaları və ev təsərrüfatlarıdır (özləri üçün istehsal edən). Kənd məhsullarına daxili tələbatın çoxalması gəlirlərin artması və şəhərləşmə meyllərindən irəli gəlir. Xırda istehsalla məşğul olan fermerlərin çoxunun öz ərazilərindən başqa bazara çıxmaq imkanları məhduddur. Ərzaq tədarükü zəncirləri zəif təşkil olunub, xırda təsərrüfatlarda əməliyyatlar əsasən birdəfəlikdir və baha başa gəlir”.
Bundan əlavə, kənd təsərrüfatı məhsullarının daxili tədarük zəncirinin keyfiyyət, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsinin vacibliyi də qeyd olunur. Yerli sakinlərə məxsus kiçik istehsal müəssisələrinin istehsalat, soyuducu və s. müəssisələr yaratmaq üçün nə maliyyə vəsaiti, nə də sahibkarlıq bacarığı var. Nəticədə məhsul xarab olur, maddi ziyan dəymiş olur. İnfrastrukturun yoxluğu üzündən fermerlər öz məhsullarını mövsüm ərzində cüzi qiymətə satmaq məcburiyyətində qalırlar.
Araşdırma müəlliflərinə görə, kənd yerlərində qadın istehsalçıları dəstəkləmək hökumətin öncül hədəflərindəndir. Belə ki, işləyən qadınların 42 faizi kənd təsərrüfatının, daha çox az gəlirli sahələrin payına düşür. Beləliklə, kənd təsərrüfatı qadınların ən çox çalışdığı sektordur. BMT İnkişaf Proqramının 2020-ci ildə insan inkişafı hesabatına əsasən, Azərbaycanda qadınların ÜDM məbləğində əvvəlki dövrə nisbətən müəyyən irəliləyiş əldə olunub, buna baxmayaraq, kişilərin ÜDM məbləğindən xeyli aşağı olub. Həmçinin, Salyan və Biləsuvar rayonları ilə bağlı aparılan təhlillərə görə, ev təsərrüfatlarının tək qadınların rəhbərliyində olan 9 faizi digərlərinə nisbətən daha az gəlirlidir.
İqtisadiyyat
Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyi araşdırıldı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Müsahibə
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq
Tarix
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Tarix
Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov
Müsahibə
Ərdoğan sabah Qarabağa gəlir
Tarix
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İqtisadiyyat