Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.
Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri Domodedovo hava limanına yerinə yetiriləcək.
Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir.
Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:
Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;
Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
İqtisadiyyat
“Aeroflot” aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə