Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Süleymanova Sədaqət Adığözəl qızı və onun övladı, 1997-ci il təvəllüdlü Nurşanova Nuranə Mirəziz qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb. Araşdırma aparılır.