Paytaxtın Səbail rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib.
Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Zərərçəkənin valideyni Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, övladı azyaşlı qardaşını bağçaya aparan zaman iki nəfər onlara yaxınlaşıb soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə uşağın mobil telefonunu əlindən alıb.
Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa? bu barədə ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Hadisə
Bakıda uşağın telefonunu oğurlayan ər və arvad tutuldu - FOTO/VİDEO
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat