Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb.
O bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar.
Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Bölgə
Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarılıb, ailə nəzarətə götürülüb
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman