Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək


Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

10-10-2021, 14:14
Oxunub: 107
Çap et
Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.
Reytinq: