MN-in məlumatına görə, Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir. “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi keçirilib.
Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.
Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.
Təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
Təlimin yekununda fəaliyyətlərin təhlili aparılaraq, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.![]()
Siyasət
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib
Siyasət
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
Siyasət
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
Siyasət
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Son xəbərlər
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur
Siyasət
Tramp Çində səfərdədir
İqtisadiyyat
Azərbaycanda bu rüsum ləğv edilir
Siyasət
Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib
Siyasət
Ukrayna üçün 10 milyard ayrılıb - Rutte
Son xəbərlər
İlham Əliyev fərman imzaladı
İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
Texnologiya
İran Fransadakı kiberhücuma görə İsraili ittiham etdi
Texnologiya
Tramp Putin və Cinpinlə danışacağı mövzuları açıqladı
İqtisadiyyat
Hökumət üzvləri Milli Məclisdə
Siyasət
Azərbaycan nümayəndələri Ermənistana gedəcək
Hadisə