Britaniya “Taliban” nümayəndələri ilə hansı şərtlərlə əməkdaşlıq edəcəyini AÇIQLADI » İnterxəbər.Az
interxeber.az » Siyasət » Britaniya “Taliban” nümayəndələri ilə hansı şərtlərlə əməkdaşlıq edəcəyini AÇIQLADI


Britaniya “Taliban” nümayəndələri ilə hansı şərtlərlə əməkdaşlıq edəcəyini AÇIQLADI

15-07-2021, 09:25
Oxunub: 307
Çap et
Britaniya “Taliban” nümayəndələri ilə hansı şərtlərlə əməkdaşlıq edəcəyini AÇIQLADI
Böyük Britaniya hökuməti Əfqanıstan hökumətinin tərkibinə daxil olduqları təqdirdə “Taliban” hərəkatının nümayəndələri ilə əməkdaşlıq edəcək.

Müvafiq açıqlamanı Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles “Daily Telegraph”a müsahibəsində verib.

Uolles qeyd edib ki, Böyük Britaniya müəyyən beynəlxalq öhdəliklərə hörmət ediləcəyi təqdirdə Əfqanıstandakı vəziyyətlə razılaşacaq:

“Hökumətin tərkibi nəcə olursa-olsun, müəyyən beynəlxalq normalara riayət etməsi şərti ilə, Britaniya hökuməti onunla işləyəcək”.

Britaniyalı nazirin fikrincə, “taliban”çılar keçmiş səhvləri etməyəcəklər. Onlar beynəlxalq səviyyədə tanınmaq istəyirlər və bunun üçün barışın tərəfdarı olmalıdırlar.

Uolles eyni zamanda onilliklərdir davam edən qarşıdurmadan sonra ölkədə sabitliyi bərpa etmək üçün Əfqanıstan Prezidenti Əşrəf Qaninia və “Taliban”ı əməkdaşlığa çağırıb.
Reytinq: