Təhsil naziri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb » İnterxəbər.Az
interxeber.az » Siyasət » Təhsil naziri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb


Təhsil naziri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

9-02-2021, 00:05
Oxunub: 391
Çap et
Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.

Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.
Reytinq: