Bakıdan Ağdama neçə kilometrdir?

Cəmi 389.30 km...

Səhər o başdan avtomobilə əyləşsən, günorta olmadan Ağdama çatarsan. Uzağı 4-5, bəlkə 5-6 saata.

Yəni arada o qədərlik məsafə var.

Məsafə - uzaqlıqdır. Amma Ağdam uzaq deyil axı. Uzaq ola bilməz. Ağdam yaxındır, çox yaxındır...

Sanki ürəyinin içindədir, dopdoğma, özündən, canından bir parça. Əlini uzatsan çatar.

Hətta ürəyinin də yox, ovcunun içindədir. Sıxmağa ürək eləməzsən ki, əzilər...

Ağdam o qədər təzədir ki, bünövrəsi, qumu-sementi, çınqılı bəlkə də hələ tam bərkiməyib. Günəş ehtiyatla qurudur ki, yandırmasın, incitməsin, ağrıtmasın...

Ağdam ağ şəhərdir, ağrılı şəhərdir, gözəl şəhərdir...

Ağdamdakı ehtişam son dərəcə işıqlı və rənglidir. Buradakı işıqlardan və rənglərdən başqa heç yerdə yoxdur...

Bəzən elə situasiyalar, hallar olur ki, izah edə bilmirsən. Söz axtarırsan, təsvir edəsən o parlaqlığı, doluluğu, duruluğu, ifadə edəcək söz tapa bilmirsən. Eləcə deyirsən ki, möcüzəvidir, qeyri-adidir, matedicidir...

Bu gün, bu səhər Ağdamda o vəziyyət, o hal idi. Səslər gözəl idi, sözlər gözəl idi, üzlər gözəl idi, gözlər gözəl idi...

Hələ o kövrəklik... Bəzən olur, o qədər xoşbəxt hiss edirsən ki, o yüngüllüyü, o gözəlliyi də heç nə ilə ifadə edə bilmirsən. Amma bilirsən ki, çox xoşbəxtsən. Dənizin ortasında, suyun üzərində yeriyirsən, batmırsan. Yəni bu duyğunun, bu hissiyyatın başqa adı yoxdur. Adı elə xoşbəxtlikdir, xoş andır. Gözlərindən yaş süzülür. Sevinc yaşı, sevinc anı...

Ağdamda məhz o an idi. O xoşbəxt anın – o sevgi anının musiqisi, sözü, səsi kainatın bütün güclərini bir araya gətirmişdi. Nəhənglik adamı valeh edirdi, heyran edirdi. Ağdam heyrətamiz idi, cazibəsi, füsunkarlığı adamın ağlını başından alırdı...

Aman Allah, gözlərim qamaşır: dünyada burdan gözəl yer var?! Bundan gözəl səs, söz, musiqi var?! Bu üçlük bir arada necə şahə qalxır, şaxələnir, böyüyür, böyüdür?!

Məncə, ən gözəl səsin vətəni buradır. Ən gözəl sözün də yuvası buradı. Ən ilahi melodiya da buradan yayılır dünyaya, kainata...

Sizin təsəvvür edəcəyiniz şeylər vardı ha, bir vaxtlar,.. arzu kimi, xəyal kimi, yuxu kimi... öncə özünü, sonra çin çıxmasını arzuladığınız xəyallar...

Onların hamısı Ağdamda çin çıxdı...

Nəzirlərinizi verin, qurbanlarınızı kəsin, şükranlıqlarınızı dilə gətirin.

Bir-birinizə gözaydınlığı verin...

Şükr edin, şükr edin, şükr edin...

Burada nə baş verir? Nələr baş verir?!

Anlamaqda çətinlik çəkirik, bilirəm: Şəhər tikirik burada, kənd tikirik, ev tikirik. Yuva qururuq. Məskən salırıq.

Ölü dirildirik!

Ruhlar – öldürülmüş, didərgin salınmış, küsdürülmüş ruhlar burada yenidən dirilirlər, yenilənirlər, dinclik tapırlar, yaraları qaysaqlanır.

Dirilirik, sağalırıq, rahatlanırıq, yükümüzü atırıq. Biz hamımız yenidən doğuluruq Ağdam kimi - Ağdamla birgə.

Başqa yerlərə baxarkən Ordu görə bilərsiniz. Ağdamda Zəka görünür, Müdriklik boy verir. Bir güllə atılmadan, qan tökülmədən bir şəhərə varid olmağın adıdır Ağdam. Qürurun adıdır, Ləyaqətin adıdır, Kişiliyin adıdır, Böyüklüyün adıdıdr. Bu enerjinin misilsizliyini, hüdudsuzluğunu hiss etmək qəlb işi, könül işidir. O hava, o torpaq, o ağaclar – səmavidir. Ağdam başqa bir aləm, başqa bir mərtəbədir. Dili başqa bir dildir. O dili anlamaq üçün torpağı dinləyə bilməlisən, havanı duya bilməlisən, ağacların yarpaqlarının səsini-sirrini öyrənməlisən...

Ağdamda ordular döyüşmədi. İlham Əliyev o bölgəni, o torpağı ürəyiylə, zəkasıyla, zehnindəki, altşüurundakı sevgi kodlarıyla aldı. Tək savaşdı, tək vuruşdu, tək aldı. Onun əsəridir. Ağdama Qalib kimi gəldi. Qalib kimi danışdı. Qalib duruşu sərgilədi. Azərbaycan xalqının 30 illik zillətinin məlhəmi, dərmanı olduğunu, bu millətə Oğul olduğunu, bu dövlətə Sahib olduğunu sübut etdi. Onu izlədikcə heyrət edirsən. Bu nəhəngliyə, bu enerjiyə, bu lütfə minnətdarlıq sözlərdən şükranlığa, şükranlıqdan enerji selinə çevrilir. Böyük Heydər Əliyevin illər öncə bu gün gözümüz önündə baş verənləri necə dəqiqliklə görməsini təəccüb və fəxrlə yada salırsan: necə bu qədər əminliklə ifadə edib, sanki olacaq, baş verəcək hər şeyi öncədən görüb, sanki bir xəritə cızıb. Və biz indi o xəritə üzrə baş verənləri sadəcə olaraq, seyr etməklə, şahidlik etməklə məşğuluq. Çox, həddən ziyadə çox mükəmməl, böyük, çevik ardıcıllıqdır. O qədər, mükəmməl, nəhəng, çevik və gözəldir ki, anlamağa, zehninə, şüuruna, altşüuruna oturtmağa zorlanırsan. Bu həqiqətən Ağdamdır, 30 il yolunu həsrətlə, intizarla, iztirabla, məşəqqətlə gözlədiyimiz, aradığımız, arzuladığımız Ağdamdır bu?! Ağdamda Muğam Mərkəzi tikildi?! Bakının musiqi, sənət elitası oraya toplaşdı, bayram etdilər, mahnı oxudular, zümzümə etdilər, Ağdamın möcüzəvi boğazları, səsləri bu əsrarəngizliyi alqışladılar?! Ağdam 30 illik səssizlikdən sonra yenə muğamın, musiqinin mərkəzi, paytaxtı oldu?!

Ağdamın – Ağ Şəhərin başına gələnlər, başımıza gələn bu gözəl şeylər gerçəklikdir. Bizim hekayəmiz yazılır. Yenidən yazılır. Gözəl yazılır. Bəlkə də fərqində deyilik bu sürətli dəyişikliklərin, möcüzəvi titrəşimlərin. Fərqində olsaydıq, yəqin ki, ürəyimiz dözməzdi, qaldıra bilməzdi bu böyüklükdə bəxtəvərliyi. Bu, yeni bir səhifə, yeni bir səviyyədir azərbaycanlılar üçün.

Bir dəfə yazmışdım: sanki bizi Marsa aparıblar və bizimçün hər şeyi ilə yeni olan bir aləmdə, yeni bir planetdə hər şey anlaşılmazdır. Zehnimiz və qəlbimiz qavraya bilmir nə baş verdiyini, nələr baş verdiyini.

Qarabağ Qələbəsi də bizim Marsımızdır...

İlham Əliyev bu gün əlçatandır hamımız üçün. Görüşürük, salamlaşırıq, söhbət edirik, şəkil, hətta selfi çəkdiririk. Bizdən biridir. Sanki qeyri-adi heç nə baş verməyib. Qarabağ da heç vaxt işğalda olmayıb. Bu torpaqlarda heç müharibə də olmayıb. Şəhid də verməmişik, oğullarımızı orduya da göndərməmişik. Ağdam üçün, Qarabağın hər qarışı üçün burnumuzun ucu göynəməyib, bağrımızın başı qana dönməyib. Elə əvvəldən belə olmuşuq. Ağdama da ürəyimiz nə vaxt istəsə getmişik, qalmışıq, gəlmişik. Yolları bağlı, torpağı minalı olmayıb. Evimiz də dağılmayıb. Ağdam da yağmalanmayıb...

Şokdayıq. Sevinc və Ağrı şokunda. Sevgi şokunda. Keçəcək. Bir gün mütləq keçəcək. Əlli-yüz ildən sonra keçəcək. O zaman keçənlərimizin ruhları, qalanlarımızın şüurları qəbul edəcək, mənimsəyəcək, başa düşəcək: şanlı bir tarix yaşanıb, yaşamışıq. Aramızda, yanımızda, gözümüzün qarşısında bir İlham Əliyev olub. Bir sadə insanımız, prezidentimiz, həmyerlimiz, həmgöylümüz olub. Arxamız, dayağımız olub...

O, nə edibsə, gözəl edib, gözəl tikib, gözəl qurub...

O şana, o şöhrətə, o şövqə, o Vətənə, o Adama salam olsun!!!

Salam olsun şövkətizə, elizə...

Son xəbərlər

O, şan-söhrət axtarmır, hər dəfə yanımda olub - Tramp

Sumqayıtda Yeni Avtobus Xətləri:

Ərdoğan Qəzzaya gedəcək

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Tanınmış Vəkil Yeni Direktor Oldu

Paşinyan Azərbaycanı təbrik etdi

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Asayişin Keşiyində dayananlar

Viktor Orban Azərbaycana gəlir

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Avropanın "dron divarı" Macarıstana görə baş tutmaya bilər

Lukaşenko yaşlı adamdır, öz dünyasında yaşayır - Zelenski

Bayramov Rubionun ev sahibliyi etdiyi tədbirdə - Foto

Prezident və ailəsi Nyu Yorkda - Foto

Pezeşkian ABŞ-a gedir

İsrail 36-cı diviziyanı Qəzzaya yeritdi

Naxçıvanda müəllimə məktəb direktorunu döydü

Pezeşkianın Ərdoğanla səmimi görüşü onları dəli etdi

İran geosiyasi dəyişikliklərə niyə dözümsüz yanaşır?

Onlar bunu qəbul etsə də, etməsə də... - Ərdoğan

Ceyhun Bayramov Qətərə getdi

Tramp siyasi fəal Kirkin qətlindən sonra məmurları qorumaq üçün əlavə vəsait istəyir

İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub

HƏMAS-dan qurtulmaq... - Netanyahu

Onlar bunu qəbul etsə də, etməsə də... - Ərdoğan

ABŞ-ın ordusunu çıxarması problem yaradacaq

Tramp narkokartellərin Venesuela ərazisindəki obyektlərini vurmaq əmrini verə bilər

Bu ölkələr özlərini məhv etmək yoluna qədəm qoyublar

Zidan “Fənərbağça”nı çalışdıracaq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

İlham Əliyev Çində Paşinyanla söhbət etdi - Foto

Putindən qərar: Daha bir il vəzifədə qalacaq

Bütün xəbərlər