Ukrayna Prezidenti Volodimir Zelenski fevralın sonunda Ağ Evdə baş vermiş mübahisədən sonra ilk dəfə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb.

Bu barədə Strana.ua nəşrinin "Telegram" kanalı məlumat yayıb.

Məlumatda yer alan fotoda siyasətçilərin bir-birinin əlini sıxması əks olunub.

Onların görüşü Vatikanda yeni Papa XIV Leonun andiçmə mərasimi zamanı baş tutub.