“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək, yeni kəşfiyyat sistemləri alınacaq”.
“Report” xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.
Onun sözlərinə görə, gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətləri ilə görüşlər keçirilir:
“Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək”.
Hərbi Dəniz Qüvvələrinin yaranması tarixindən danışan komandan deyib ki, bu, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəldiyi, dövlət və ordu quruculuğu məsələlərini tam nəzarətdə saxladığı dövrə təsadüf edir:
“Yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub. Bu tapşırıqlar Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunun etibarlı mühafizə və müdafiəsi başda olmaqla, dənizdən gələ biləcək hərbi təcavüzlərin və terror aktlarının qarşısının alınması, əlverişli əməliyyat rejiminin saxlanılması, neft-qaz hasilatı yataqlarının və platformaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, “Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaq”. Geridə qalan illər ərzində bizlər bu diqqəti daim hiss etmişik və etməkdəyik”.
S.Bəkirov söyləyib ki, qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır.
“Qətiyyətlə deyə bilərəm ki, Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərini uğurla icra edir, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, bütün tapşırıqların öhdəsindən layiqincə gəlir”, - o vurğulayıb.
Texnologiya
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat