XXI əsrin istehlakçısı, günümüzdə daha çox onun həyat tərzini özündə əks etdirən cihazlara ehtiyac duyur. İndi bizim daha çox funksionallığı olan və bizə uyğunlaşan məhsula ehtiyacımız var, belə ki, cihaz bizim bütün tələblərimizə cavab verməlidir. Beləliklə, istehlakçılarının istəklərini dinləyən və əsas tutan “Samsung” dünya ilk şaquli televizor olan “Sero”nu təqdim etdi. Bəli, düzgün eşitdiniz, yeni formatı ilə istehlakçılara televizor istifadəsində tamamilə yeni təcrübə təqdim edən “şaquli” televizor.
Beləliklə, “Sero”, smartfonu və ya planşeti çevirdiyiniz zaman ekranın mövqeyini üfüqi və şaquli vəziyyət arasında dəyişə bilir. Gəlin razılaşaq ki, bu çox rahatdır, belə ki indi sosial şəbəkələrdən asanlıqla istifadə edə və ya dostlarınıza şəkillərinizi “dartınmalar” və qara çərçivələr olmadan nümayiş etdirə bilərsiniz.
Adı Koreya dilindən tərcümədə “şaquli” mənasını verən bu yeni televizor haqqında ən dolğun məlumatı, şübhəsiz ki, dünyaya bu qeyri-adi cihazı bəxş edən insanlar təqdim edə bilərlər. Beləliklə, “Sero”nun yaradılmasına rəhbərlik edən “Samsung Electronics”in Vizual Görüntülər Bölməsinin Televizor Məhsullarının Planlaşdırması komandasından Hyun Kil, Kris Co və Don Uk Xan bu gün yeni məhsulun sirlərini bizimlə bölüşəcəklər.
Komanda qeyd edir ki, cihazın yaranmasına aparan uzun yol, ilk növbədə, istehlakçı davranışı ilə bağlı geniş araşdırmaların təşkilindən başlayıb. Bu tədqiqat zamanı, müəyyən olunub ki, hazırda multimedia formatlarını istehlak etmək üçün televizor, kompüter, planşet və smartfonlar kimi çox sayda cihazlardan geniş istifadə olunur. Əlavə olaraq, günümüzdə daha çox insanın video yayım xidmətlərindən istifadə etdiyi təyin olunub. Qeyd edək ki, burada fotoşəkil və videolar kimi ənənəvi vizual məzmunun əksəriyyəti üfüqi formatda, lakin sosial şəbəkələr və ya oyun məzmunları isə daha çox şaquli formatda yayımlanır. Bir çox musiqi videosu və konsert materialları isə məxsusi olaraq şaquli formatda yaradılır və bu tendensiya getdikcə daha da sürətlənir. Hyun Kil qeyd edir: “Bu səbəbdən, istifadəçiyə istənilən məzmunun istifadənsində yeni təcrübə bəxş etmək üçün onu daha geniş ekranda yayımlamaq istədik”. Mobil rabitə dövründə media istehlakının istiqamətinə yönlənərək, tərtibçilər, smartfonda əks etdirilən məzmundan asılı olaraq öz istiqamətini üfüqi və şaquli vəziyyət arasında avtomatik dəyişə bilən, “dönən” ekranla təchiz olunmuş ilk televizoru – “Sero”nu dünyaya tanıtdı.![]()
Beləliklə, “Sero”nun əsas xüsusiyyətlərindən biri smartfon ekranını “güzgü kimi” əks etdirmək qabiliyyətidir. Bu baxımdan “Sero”, müstəsnadır cihazdır, belə ki, məzmunu əks etdirərkən smartfonunuzun üfüqi və ya şaquli vəziyyətdə olmasından asılı olaraq, ekran istiqamətini avtomatik dəyişə bilir. Xan izah edir ki, “Smartfon ekranının proyeksiya edilməsi zamanı, siz həm də qüsursuz görüntüdən zövq ala bilirsiniz, belə ki, “Sero”nun displeyində əks edilən məzmun maşının idarəetməsi üzərindən işləyən süni zəkadan istifadə edilərək miqyaslaşdırılır”.
“Ən əsası isə burada, smartfonu televizora qoşmaq üçün sadəcə “Tap View” funksiyasından istifadə etmək kifayətdir ki, kabellər və ya portlar vasitəsilə qoşulma tələb olunmur. Ayrıca, cihaz həm də aydın səsin ötürülməsini təmin edir ki, “Sero”nun dinamikləri dinləyici ilə üzbəüz quraşdırıldığı üçün zəngin və aydın səsləndirmə təqdim edir”,- deyə Kris Co izah edib.
Yeni televizorun daha bir vacib xüsusiyyətinə də diqqət yetirmək istərdik ki, “Sero”, divar və ya dayaq üzərində quraşdırılması tələb olunan digər televizorlardan fərqli olaraq, istifadəyə hazır bir məhsuldur. Beləliklə, sözü gedən bu televizoru sadəcə gövdəsindən istifadə edərək istədiyiniz kimi asanlıqla məkanda yerləşdirə bilərsiniz, onun minimalist dizaynı sayəsində isə cihaz istənilən interyerə mükəmməl uyğunlaşacaqdır. Belə ki, dizaynın yaradılması prosesində “Sero”nun görünüşündə hər bir xırda detal nəzərə alınıb.![]()
Siz hələ də televizorun yalnız qonaq otağında yerləşdirilməsi prinsipinə inanarsınız? Bu halda “Sero” sizi təəcübləndirməyə hazırdır! İstənilən məkanda fərqli və müasir dizaynı ilə seçilən cihaz, həmçinin özünəməxsus gözləmə ekranı funksiyaları da təklif edir. Belə ki, portret rejimini işə salmaqla, istifadəçi televizordan istifadə etmədiyi hallarda saat, hava və ya öz məzmunu kimi müxtəlif məlumatları ekranda əks etdirə bilər.
“Sero” sizin həyat tərzinizi səciyyələndirən bir cihaz kimi hazırlanıb. Sözü gedən televizor istər evdən işlədiyiniz hallarda, istərsə də aktiv sosial şəbəkələr istifadəçisi olub, minlərlə abunəçini yeni obrazlarınızla sevindirdiyiniz hallarda, əvəz edilməz köməkçidir. Bu bənzərsiz televizorun istifadə sahələri yalnız sizin təxəyyülünüzlə məhdudlaşır, belə ki, “Sero” restoranda menyu tablosu və ya gəlinlik salonunda əyləncə üçün quraşdırılmış ekran kimi istifadə edildiyi zaman belə, sizə məxsus xüsusi dizaynınızın parlaq və qeyri-adi bir elementi olacaqdır.
“Samsung” “The Sero” televizorları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad” “Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Texnologiya
“Samsung The Sero”: Dünyanın ilk dönən televizoru - FOTO
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Siyasət
Bayramov İshaq Darla Bişkekdə görüşdü
Mədəniyyət
Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto
Müsahibə
Fidan Məkkə İttifaqından danışdı: Qapılar açıqdır..
Hadisə
Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır
Müsahibə
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
Son xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO
Siyasət
İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir
Siyasət
Rusiyalı deputat nüvə silahı ilə hədələdi
İqtisadiyyat
Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
Siyasət
Szinpin bu türk ölkəsinə səfər etdi
Son xəbərlər
ABŞ səfiri belçikalı naziri təhqir etdiyi üçün XİN-ə çağırıldı
Texnologiya
Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını şərh etdi
Siyasət
Rusiya bu ölkəni də hədələdi: Cavab zərbəsi olacaq!
Siyasət