Bizans İmperiyasından bac-xərac alan, Babəkin sığındığı sonuncu müdafiə istehkamı olan Bəlləbur qalasında həm də xürrəmilər hərəkatının ən son döyüşçüləri diri-diri basdırılıb. Abbasilərin İslamı yaymaq adı ilə işğalçılıq siyasəti və zülmə qarşı olan xürrəmilərin sonuncu azadlıq hərəkatının Lənkəran ərazisində yerləşən Bəlləbur qalasında başlandığı, Babəkin məğlub olaraq Zəngəzura qaçdığı və orada Səhl ibn Sumbatın əlinə keçdiyi bildirilir. Xürrəmilər hərəkatının son döyüşçülərini isə sağ ələ keçirən ərəblər onları kafir adlandırmış və qalaya gedən yolun girişində diri-diri basdırmışlar. Ərazini yerli xalqın - talışların dili ilə Qurumba (qur-gor, qəbir; ba-qapı.) gorlar qapısı adlandırıblar. Hazırda həmin ərazinin rəsmi adı Qurumba kəndi adlanır. Bəlləbur qalasında təkcə xürrəmilərin son döyüşçüləri yox, Azərbaycanın zəngin tarixi sirləri basdırılıb. Buna görə də, qalanın yenidən araşdırılmasına və arxeoloji qazıntılar aparılmasına ciddi ehtiyac var - Red.
“Report”un Cənub Mərkəzi Lənkərandakı qədim qalalardan biri barədə videoreportaj hazırlayıb.
Tarixi mənbələrdə Bəlləbur qalasının eramızın IV əsrində Sasani şahı II Şapurun buradakı canişini Hilal Balabur tərəfindən inşa etdirdiyi bildirilir. Bu orta əsrlər tarixinin ən möhtəşəm və Lənkəranın zəngi tarixini əks etdirən qalalardan biridir.
Yerli tədqiqatçı alim Haşım Kəlbiyevin sözlərinə görə, bu qala mühüm strateji əhəmiyyətə malik ticarət yolunun üstündə olduğundan Bizansla və digər qonşu ölkələrlə geniş ticarət əlaqələri aparıb. Qala ərazisində tapılan maddi mədəniyyət nümunələri də bunu təsdiq edir.
Qala daha sonralar Hürrəmilər hərəkatının başçısı Babək tərəfindən bərpa edilib. Bəzi tarixçilər qalanın sonuncu Bəzz qalası olduğu qənaətindədir.
Haşım Kəlbiyev: "Babəkin Bəzz qalasının hansı olduğu tam məlum deyil. Buna görə də deyirlər ki, bir neçə Bəzz olub. Qəleybər də “Qaleyi-bərr” iranlılar belə deyir yəni “Qapı qala”. Muğandan dağlara qalxan Qəleybər, çox güman ki, orda da vuruşub. Geri çəkildikdə dağlara çəkilib. Nəhayət sonuncu Bəzz – “Bəlləbur qalası”sayılır. Babək məhz bu qalada məğlub olub. Məlumdur ki, mənbədə göstərilir ki, Babək Arazı keçir. Əgər Babək Arazdan o tayda olsaydı, Zəngəzurda olsaydı, Arazı keçib üzü Gilana gəlmiş olardı. Demək Babək Azərbaycanın cənub-şərq zonasında olub ki, burdan keçəndə Arazı keçib, gedib Zəngəzurda Səhləl Sumbatın əlinə keçib. O da onu ərəblərə təslim edir".
Tarixçi alim Babəkin rəhbəri olduğu hərəkatın adının da Xürrəmilər deyil, “Hürrəmilər” olduğunu deyirr. O, Babəki Azərbaycanımızın birinci şəhidi hesab edir. Belə ki, Babək islam xəlifəliyini zəbt edərək yalnız öz hakimiyyətlərini genişləndirmək məqsədilə digərlərini istila edən Abbasilərə qarşı vuruşub. O Abbasilər ki, peyğəmbər əhli-beytinə belə zülm edib onları öldürürdü. Bu səbəbdən də Babəkin ordusunda hürriyyət aşiqləri cəm olmuşdu. Babəkin ətrafında bir çox dinlərin, millətlərin nümayəndəsi olan sərkərdələr olub.
Babək döyüşdə məğlub olduqdan sonra qala üç gün ərzində yandırılıb və uçurulub.
Əsrlərlə baxımsız qalan qala ərazisində XIX əsrin axırlarında fransız arxeoloq Jak de Morqan tədqiqat işləri aparıb. Buradan əldə etdiyi qiymətli əşyaların bir qismini Fransadakı San-Jermen muzeyinə satıb.
XX əsrin əvvəllərində sovet arxeoloqları qala ərazisində müəyyən qazıntılar aparsalar da torpağın dərin qatlarında bilmədiyimiz çoxlu gerçəklər yatır. Hələ ki, bu qalanın qalıqları tədqiq olunacaq zamana qədər dövlət tərəfindən mühafizəyə götürülüb. İnanırıq ki, bir gün bu qala mümkün qədər bərpa olunaraq turistlərin ixtiyarına veriləcək, tariximizin təbliğinə xidmət edəcək.
Tarix
Bizansdan xərac alan, Babəkin sığındığı, xürrəmilərin diri-diri basdırıldığı qala - VİDEOREPORTAJ
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər