Yüz il öncə 18-19 fevral 1921-ci ildə Borçalı və Tbilisidən olan müsəlman azərbaycanlılar bu şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılaraq Qızıl Ordunun dəfələrlə üstün qüvvələrinə qarşı Gürcüstanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıblar. Dəstə komandiri Yedigarov müsəlman azərbaycanlıların Gürcüstanın müdafiəsi işinə qeyd-şərtsiz sədaqətlərini bəyan edib.

Bunun tarixi sübutu da var. “Report.ge” xəbər verir ki, Gürcüstanın “Respublika” qəzetindəki dərc olunmuş bir xəbərdə məhz bu barədə məlumat verilib.Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO

Xatırladaq ki, 1918-1919-cu illərin bolşevik işğalı zamanı azərbaycanlıların köməyi Gürcüstan üçün həlledici əhəmiyyətə malik idi. Bu yardım sayəsində Gürcüstan ordusu düşmənin hücumunu dəf edərək, əks hücuma keçə bildi və Tbilisinin süqutunu bir həftəlik də olsa, təxirə saldı.

Gəlin, bir anlıq həmin dövrün hadisələrini göz önündə canlandırmağa çalışaq.

Fevralın 18-də axşam saatlarında Qırmızı Ordunun qabaqcıl birləşmələri Soğanlığa çatdı. Borçalı və Tiflis azərbaycanlıları da daxil olmaqla, Gürcüstan qoşunları gecə boyu bolşeviklərin hücumlarına qarşı mübarizə apardı və sübh çağı zirehli texnikanın dəstəyi ilə əks hücuma başlayaraq ciddi uğur qazandı: 1600 nəfər əsir götürüldü və bolşeviklər geri çəkildilər. Topçular 11-ci Qızıl Ordunun geri çəkilən birliklərinə zərbələr endirirdilər. Bu, əslində Gürcüstan ordusunun ondan dəfələrlə üstün olan Qızıl Ordu üzərində ilk qələbəsi idi. Bu qələbə ən azı 1921-ci il fevralın 24-dək Gürcüstan paytaxtını uğurla müdafiə etməyə imkan verdi.

Məhz fevralın 24-də Qızıl Ordu mövcud ehtiyatlarını toplayaraq güclü artilleriya hazırlığından sonra cəbhənin bütün istiqamətlərində hücuma keçdi. Elə həmin gün Kutaisidəki Gürcü hökumətinin təxliyyəsi başladı.

Fevralın 25-də Tbilisidəki vəziyyət artıq kritik həddə çatdı. Qızıl Ordu say etibarilə şəhərin müdafiəçilərini bir neçə dəfə üstələyirdi. Bu şərtlər altında Gürcüstan komandanlığı ordunu qorumaq, mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə Tbilisidən çıxmaq barədə qərar verdi. Beləliklə də, şəhər uğrunda azərbaycanlı və gürcülərin çiyin-çiyinə qəhrəmancasına vuruşduqları bir həftəlik müdafiə döyüşləri başa çatdı.

Tbilisinin süqutundan sonra Qızıl Ordu martın 4-də Suxuminin bir hissəsini və martın 9-da isə Zuqdidini işğal etdi. Martın 10-da bolşeviklər Kutaisiyə daxil oldular və Gürcüstan ordusu şəhəri tərk etməli oldu. Bir neçə gün sonra Poti də işğalçıların əlinə keçdi. Beləliklə də, martın 17-də atəşkəs, 18-də isə təslim olma haqqında müqavilə imzalandı və son olaraq Batumi də Qırmızı Orduya təslim edildi.

Bununla da, Gürcüstan ordusunun Sovet Rusiyasının dəfələrlə üstün qüvvələrinə bir aydan çox müddət ərzində göstərdiyi müqavimət məğlubiyyətlə başa çatdı. Gürcüstan da Azərbaycan kimi Sovetlər tərəfindən işğal olundu.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər